ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci

Azərbaycan Dövlət Pedaqoji Kolleci (əvvəlki adı: M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi.[1]

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
Əsası qoyulub 1919
Tip Orta-ixtisas təhsili müəssisəsi
Direktor Dosent İsrayıl İsgəndərov
Şəhər Bakı
Ölkə
Ünvan

Əsas korpus, Bakı şəhəri, İnşaatçılar pr.45

2-ci korpus, Sabunçu rayon Yusif Qasımov küçəsi,(keçmiş Firudin bəy Köçərli)
Sayt adpk.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu kollec 1919-cu ildə yaranmışdır. Hal-hazırda dosent İsrayıl İsgəndərov[2] rəhbərlik edir.

Bundan əvvəlki adı M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu olmuş və 23 dekabr 1999-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən M. Ə. Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılmışdır.[3] 13 iyun 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən müəssisənin adından şəxs adı götürülmüşdür.[4]

1990-cı il dekabrın 29-dan Azərbaycan Dövlət Pedaqoji Kollecinə (keçmiş M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu) Nurlana Əliyeva, 2016-cı ildən Qulu Novruzov, 2018-ci ildən etibarən isə İsrayıl İsgəndərov rəhbərlik edir.

Kollec 1919-cu ildən indiyə kimi müxtəlif adlarla fəaliyyət göstərmişdir:

  • 1919–1920-ci illərdə — Bakı Kişi Müəllimləri Seminariyası;
  • 1920–1925-ci illərdə — Bakı Qadın Müəllimləri Seminariyası;
  • 1925–1926-cı illərdə — Bakı Müttəhid (Birləşmiş) Müəllimlər Seminariyası;
  • 1926–1930-cu illərdə — Azərbaycan Mərkəzi Beynəlmiləl Pedaqoji Texnikumu;
  • 1936–1938-ci illərdə — M. Ə. Sabir adina Mərkəzi Beynəlmiləl Texnikumu;
  • 1938–1963-cü illərdə — M. Ə. Sabir adına Rus Pedaqoji Məktəbi;
  • 1968-ci ildən — M. Ə. Sabir adına Bakı Pedaqoji Məktəbi;
  • 1991-ci ilin dekabrından — M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu;
  • 23 dekabr 1999-cu ildən — M. Ə. Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kolleci;
  • 13 iyun 2000-ci ildən — Azərbaycan Dövlət Pedaqoji Kolleci;
  • 03 fevral 2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci.

Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:

  • Məktəbəqədər təlim və tərbiyə;
  • İnkluziv təhsil;
  • Ailə və ev təhsili;
  • Fiziki tərbiyə müəllimliyi;
  • Sosial iş.

Kollecdə əyani və qiyabi şöbələr üzrə ümumilikdə 4169 tələbə təhsil alır. Həmçinin "Moodle"[1]-tədris idarə edilməsi sistemini tətbiq edən ilk kollecdir.

260 nəfər müəllim fəaliyyət göstərir ki, onlardan 1 nəfər elmlər doktoru, professor, 12 nəfər elmlər namizədi, 14 nəfər baş müəllim, 18 nəfəri isə dissertantdır[5].

  1. ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. Arxivləşdirilib 2018-12-29 at the Wayback Machine  (az.)
  2. (#empty_citation)
  3. "M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunun adının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 1999-cu il tarixli, 195 nömrəli Qərarı. Arxivləşdirilib 2019-07-17 at the Wayback Machine  (az.)
  4. "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanı. Arxivləşdirilib 2014-11-09 at the Wayback Machine  (az.)
  5. "Azərbaycan Dövlət Pedaqoji Kolleci haqqında məlumat". 2012-09-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]