Qulu Novruzov

Qulu Novruz oğlu Novruzov (7 mart 1970, Nehrəm, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi[1], Təhsil Nazirliyinin keçmiş müavini.[2]

Qulu Novruzov
Qulu Novruz oğlu Novruzov
Doğum tarixi 7 mart 1970(1970-03-07) (54 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Təhsili
Mükafatları "Tərəqqi" medalı

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1970-ci il martın 7-də Naxcıvan MR-nın Nehrəm kəndində anadan olub. 1977–1987-ci illərdə Nehrəm kənd orta məktəbdə oxuyub. 1988–1990-cı illərdə Moskva Hərbi Dairəsində hərbi xidmətdə olub. 1992–1997-ci illərdə BDU-nun Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində təhsil alıb. 1997-ci ildən BDU-da çalışır. Azərbaycanın müxtəlif ölkələrlə (ABŞ, Yaponiya, Yunanıstan, Bolqarıstan, Latviya və s.) və Avropa İttifaqı ilə ikitərəfli Hökumətlərarası birgə Əməkdaşlıq Komissiyalarında təhsil üzrə ekspert kimi iştirak etmişdir.

2005-ci ildə Azərbaycan respublikası Prezidentinin İran İslam Respublikasına rəsmi səfərinin hazırlanması ilə bağlı Tehrana ezam olunmuş ekspertlər qrupunun üzvü

1999-cu ildən Təhsil Nazirliyində müxtəlif vəzifələrdə calışmış, həmin vaxtdan eyni zamanda Bakı Dövlət Universitetinin beynəlxalq ümumi hüquq kafedrasının müəllimidir.

Fransanın Nitsa Sofia-Antipolis, ABŞ-nin Minnesota və Kanzas universitetlərində, Beynəlxalq Əmək Təşkilatının Turindəki təlim mərkəzində, həmçinin Yapon Beynəlxalq Əməkdaşlıq Agentliyinin və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin müvafiq ölkələrdə təşkil etdiyi müxtəlif təlim proqramlarını tamamlamışdır.

2005–2006-cı illərdə Amerika Beynəlxalq Təhsil Şurasının həyata keçirdiyi Ali Məktəb Müəllimlərinin İnkişafı Proqramı (JFDP) üçün təşkil edilmiş müsabiqənin qalibi kimi ABŞ-nin Vaşinqton Universitetinin Hüquq məktəbində qonaq alim statusunda proqram kursunu tamamlamış və tədqiqat aparmışdır.

Avropa Şurası və Avropa Birliyinin təhsillə bağlı Almaniya, Fransa, Belçika, Latviya, Norveç, Rumıniya, Rusiyada və digər ölkələrdə keçirilmiş müxtəlif konfranslarında iştirak etmişdir. Müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası və hökumət işçi qrupunun tərkibində təhsil üzrə ekspert kimi çalışmışdır. 2003–2010-cu illərdə Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin, 2007–2011-ci illərdə isə İSESCO İcraiyyə Komitəsinin üzvü kimi Azərbaycanı təmsil etmişdir.

2010-cu ildə beynəlxaiq hüquq sahəsində hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 30-dan artıq elmi məqalə, bir monoqrafiya, bir metodik vəsait, bir dərs vəsaiti və bir neçə proqramın müəllifidir.

2000–2007-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində "Xaricdə təhsil alan tələbələr üzrə iş" sektorunun müdiri vəzifəsində, 2007–2010-cu illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində "Beynəlxalq əlaqələr" şöbəsinin müdiri vəzifəsində, 2011–2013-cü illərdə Azərbaycan Respublikası Təhsil nazirinin müavini vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə 30-dək dövlət ilə müxtəlif Hökumətlərarası Komissiyaların, BMT-nin ixtisaslaşmış qurumları və Avropa İttifaqı ilə əməkdaşlıqla bağlı təmsilçi nümayəndə heyətlərinin, Dövlət Komissiyalarının, həmçinin Gənclər Fondunun Müşahidə Şurasının üzvü olub.

2013–2016-cı illərdə Təhsil Problemləri İnstitutunun (indiki Təhsil İnstitutu) direktoru

2016-cı ildən isə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru vəzifəsində çalışıb

2003-cü ildən Avropa Şurasının Təhsil Rəhbər Komitəsində Azərbaycanı təmsil edir.[2]

2018 — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi təyin edilib.[1]

2024-cü il 29 yanvarda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.[3]

Ailəlidir, 3 övladı var

Elmi dərəcəsi və elmi adları

[redaktə | mənbəni redaktə et]

2005 dekabr—2006 iyun ABŞ, Vaşinqton Universiteti Hüquq Məktəbi JFDP (Ali Məktəb Müəllimlərinin İnkişafı Proqramı çərçivəsində təhsil və tədqiqat).[2]

Bu proqram çərçivəsində Vaşinqton Universitetində aşağıdakı ixtisas kurslarını bitirmişdir:

  • Beynəlxalq təşkilatlar (Hüquq məktəbi)
  • Beynəlxalq cinayət hüququ (Hüquq məktəbi)
  • İnsan haqlarının beynəlxalq müdafiəsi (Hüquq məktəbi)
  • Beynəlxalq münasibətlər (Jackson Beynəlxalq Əlaqələr məktəbi)
  • Diplomatik danışıqlar (Jackson Beynəlxalq Əlaqələr məktəbi)

1992–1995 BDU, Beynəlxalq münasibətlərBeynəlxalq Hüquq fakültəsində tələbə[2]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1999—h/h BDU-nin Beynəlxalq Hüquq kafedrasında müəllim
  • 1997–1999-cu illərdə Metodist Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsi

Apardığı dərslər : Beynəlxalq Ümumi Hüquq[2]

Tədqiqat sahəsi

[redaktə | mənbəni redaktə et]

Beynəlxalq Ümumi Hüquq, Beynəlxalq Hüququn prinsiplərinin tədbiqi, Beynəlxalq və Regional Təhlükəsizliyin Hüquqi problemləri.[2]

Beynəlxalq seminar və Simpozium

[redaktə | mənbəni redaktə et]
  • 2008 noyabr — Bakı, İnvestisiya müqavilələrinin hüquqi aspektləri
  • 2008 oktyabr — Bakı, İSESKO-ya üzv ölkələrin Təhsil Nazirlərinin konfransı
  • 2008 may — Bakı, YUNESKO-nun Savadlılığın dəstəlklənməsi ilə bağlı V Avropa Regional Konfransı
  • 2006 aprel — Nyu-York (ABŞ) ANA (American Nationalities Assocation) illik Konfrans
  • 2005 dekabr — Kanzas (ABŞ) Kanzas Universiteində dil təlim kursu
  • 2004 dekabr Riqa (Latviya) Avropa Regionunda Ali təhsil ixtisaslarının tanınması ilə bağlı Avropa Şurasının Konfransı
  • 2002 iyun — Oslo (Norveç) Mədəniyyətlərarası təhsildə dini dəyərlər
  • 2000 sentyabr — Bakı, Avropa Şurası və Təhsil Nazirliyinin tarixin həssas məsələlərinin tədrisi ilə bağlı Konfrans
  • 2000 iyun — İstanbul (Türkiyə) Qara Dəniz Universitetlər Birliyinin II Konfransı
  • 2000 fevral — Bakı , Aspirantların və Gənc Tədqiqatçıların VI Respublika Elmi Konfransı.[2]
  • 2008 — Beynəlxalq İnsan Hüquqları Paktlarında öz müqəddəratını təyinetmə
  • 2008 — "External" self-determination, "internal" self-determination and representative government
  • 2000 — Avropa Təhlükəsizlik Xartiyası Qafqaz Təhlükəsizliyinin yeni beynəlxalq hüquqi əsasıdır
  • 1999 — Ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi Qafqaz təhlükəsizliyinin prinsipi kimi
  • 1998 — Xarici siyasətdə şəxsiyyətin rolu.[2]
  1. 1 2 "Gömrük Akademiyasında rəis təyinatı". 2019-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-31.
  2. 1 2 3 4 5 6 7 8 Novruzov Qulu [ölü keçid]
  3. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-30.