AKS-74U - AK avtomatlar ailəsinin üzvü. AK-74 ün qısaldılmış variantı. Aviatexnika, zirehli texnika ekipajı artilleriyaçılar və desantçılar üçün nəzərdə tutulub
AKS-74U | |
---|---|
Tipi | Avtomat |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1979-Davam edir |
İstismara başlanması | 1979 |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
Konstruktor | Mixail Kalaşnikov |
Konstruksiya tarixi | 1970-ci illərin sonu. |
İstehsalçı | "İjmaş" zavodu, Tula silah zavodu |
İstehsal illəri | 1979-1994 |
Xüsusiyyətləri | |
Ağırlığı |
2,7 (gülləsiz) 3 (güllə ilə) 0,215 (maqazin) |
Uzunluğu | 730/490 s |
Kalibr | 5,45 |
Mərminin başlanğıc sürəti | 650-700 |
Nişangah | Açıq |
Vikianbarda əlaqəli mediafayllar |
Təyinatı - Düşmənin canlı qüvvəsini tək-tək məhv etmək həmçinin atəş vasitələrini susdurmaq üçün təyin olunmuşdur. Bu silah əsasən desant dəstələri, xüsusi təyinatlı dəstələr və yaxın döyüşdə daha çox istifadə olunur. Hüquq mühafizə orqanlarında istifadəsi geniş yayılmışdır.
Kalaşnikov avtomatının iş prinsipi: Atəş zamanı əmələ gələn barıt qazlarının enerjisinin istifadəsinə əsaslanır. Atəş zamanı barıt qazlarının bir hissəsi güllənin ardınca hərəkət edərək, lülə divarındakı dəlikdən qaz borucuğuna keçərək qaz porşeninə təzyiq göstərir və çaxmaq çərçivəsini qaz porşeni ilə birlikdə geriyə itələyir. Çaxmaq çərçivəsi geri çəkilərkən çaxmaq sıxılıraq gilizi çölə atır.