AMD CrossFireX

AMD CrossFireX – üçölçülü təsvirin qurulması üçün iki və daha artıq (eyni zamanda dördə qədər qrafik prosessorların) Radeon videokart güclərindən eyni vaxtda istifadəyə imkan verən texnologiyadır. Müəyyən alqoritmdən istifadə etmklə hər bir videokart Composing Egine masterkartın xüsusi bufer yaddaşına malik çipinə ötürülən, təsvirin öz hissəsini yaradır və final kadrına çıxarır.

CrossFire sistemi 2006-cı ildə videokartın, kartın arxa tərəfinə Y formalı kabellə birləşdirilməsi yolu ilə yaradılmışdır. Hal-hazırda sistem artıq xüsusi elastic körpülərdən istifadə edir.

Perspektivdə CrossFire əsasında videokartlar prosessorun qrafiklə işini yüngülləşdirəcək. Bir videokart qrafiki, ikincisi fizikanı hazırlayacaq. Bu texnologiya Tayvanda Computex 2005 beynəlxalq sərgisində anons edilib.

Bir neçə videokartın kombinasiyası maliyyə cəhətdən daha artıq effektli, məhsuldar və sərfəlidir, nəinki bir ədəd daha güclü və müvafiq olaraq, kifayət qədər daha qiymətli kart. Ancaq, NVİDİA SU halında olduğu kimi, sistemdə iki videokartdan istifadədə məhsuldarlığın artımı yalnız 2 və daha artıq GPU-dan istifadəni bacaran əlavələrdə müşahidə olunacaq.

Multi – Gpu sistemləri ilə işləmək bacarığı olmayan köhnə oyunlarda qrafiki tərkiblərin məhsuldarlığı əvvəlki kimi qalacaq, bəzi hallarda hətta aşağı düşəcək. CrossFire-nin daha bir görünən çatışmazlığı bu texnologiyanın pəncərə rejimində əlavələrin işə salınması zamanı işləməməsidir.

Quruluşunun prinsipləri

CrossFireX sistemini kompüterdə qurmaq üçün tələb olunur:
1. CrossFireX-i saxlaya bilən Intel və ya AMD çipsetləri ilə iki və ya daha artıq PCI Express X16 sökükləri ilə anaplatanın müəyyən modeli;
2. Bir qayda olaraq, 700Vt gücündə güclü qida bloku;
3. CrossFireX saxlaya bilən videokartlar;
4. Videokartı birləşdirmək üçün xüsusi elastik CrossFireX körpüsü.
Videokartlar bir modeldən olmasalar da, bir seriyadan olmalıdırlar. Bu zaman CrossFire – sisteminin tezliyi və tez işə düşməsi daha az məhsuldar videokartın çipinin xarakteristikaları ilə təyin olunur.
CrossFireX – sistemini iki üsulla təşkil etmək olar:
Daxili birləşmə – xüsusi elastik CrossFireX körpüsünün köməyilə iki videokartdan artıq kartın birləşdirilməsi üçün xüsusiləşdirilməmiş çoxsöküklü körpülərdən (NVIDIA 3-Way SLI və ya 4- Way SLI tipli) istifadə lazım deyil, videokartlar sadə CrossFireX körpülərilə ardıcıl birləşdirilir. Birləşmə təxminən belə aparılır: birincidən ikinciyə - ikincidən üçüncüyə - üçüncüdən dördüncüyə (4 videokartın birləşdirilməsi üçün); 1-cidən 2-ciyə - 2-cidən 3-cüyə (3 kart üçün); 1-cidən 2-ciyə (2 kart üçün). Qeyd etmək lazımdır ki, birprosessorlu videokartlarda 2 CrossFireX sökükü var. Bu halda iki videokart sistemində onları həm bir, həm də iki körpü ilə birləşdirmək olar, bu zaman məhsuldarlıqda fərq olmayacaq.
Proqram üsulu – videokartlar birləşdirilmir, məlumat mübadiləsi PCI – Express X16 şini üzrə gedir. Bu zaman onların qarşılıqlı hərəkəti drayverin köməyi ilə həyata keçirilir. Bu üsulun çatışmazlığı yuxarıda qeyd olunan üsulls müqayisədə məhsuldarlığın 10-15% itməsidir. Hal-hazırda demək olar ki, tamamilə öz aktuallığını itirmişdir. Yüksək məhsuldarlıqlı videokartları birləşdirmək üçün yalnız körpülərdən istifadə olunur, belə ki, onlarsız drayver birləşmənin mümkünlüyünü başa düşmür.