AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu

İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu — yarandığı gündən 2022-ci ilin may ayına qədər Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna, 2022-ci ildən publik hüquqi şəxs kimi "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi"nin ("Mərkəz") tabeliyində fəaliyyət göstərən elmi təşkilatdır.

Hüquq və İnsan Haqları İnstitutu
HİHİ
İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu (əvvəlki adı)
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Tipi publik hüquqi şəxs
Yaradılıb 1999
Digər məlumatlar
Direktor Məhəmməd Quluzadə
İşçi sayı 65[1]
Ünvan Hüseyn Cavid, 125, Bakı, Yasamal, AZ1141[2]
Telefon (+994 12) 537-20-73
(+994 12) 537-20-76
Sayt lhri.az/az

1999-cu ildən 2022-ci ilin may ayına qədər İnstitut Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil idi. Hal-hazırda institut publik hüquqi şəxs kimi "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi"nin ("Mərkəz") tabeliyində fəaliyyət göstərir.[1][3]

İnstitut 30 noyabr 1998-ci il tarixdə yaranıb. İnstitutun yaranmasına mühüm sənədlər və bir sıra hadisələr təkan verib. Belə ki, 1998-ci ilin fevral ayının 22-də Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzaladı. Fərmanda ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, aparılan genişmiqyaslı islahatlar nəticəsində insan hüquqlarının müdafiəsi sisteminin yaradılması zəruriliyi göstərilərək, bu sahədə inkişafın istiqamətləri müəyyən edilmişdi. Bu fərmanın məntiqi davamı olaraq Azərbaycan Prezidentinin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə Azərbaycanın ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"[[1]] təsdiq edildi.

Dövlət Proqramına əsasən həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə insan hüquq və azadlıqları probleminə dair elmi-tədqiqat işlərinin aparılması, elmi tövsiyələrin hazırlanması və bu sahədə hüquqi biliklərin dərinləşdirilməsi məqsədilə "İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 1998-ci il tarixli Sərəncamı əsasında Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 26 may 1999-cu il qərarı verildi.

İnstitutun ilk Nizamnaməsi 21 iyun 1999-cu il tarixdə Ədliyyə Nazirliyində qeydiyyata alındı. Yeni bir elmi istiqamətin — tədqiqat mərkəzinin təşkili və rəhbərliyi professor Rövşən Mustafayevə həvalə olundu. (1999–2009) Azərbaycan Respublikası Prezidentinin 26 may 2016-cı il tarixli 2069 nömrəli Sərəncamı ilə AMEA-nın İnsan Haqları üzrə Elmi-Tədqiqat İnstitutunun adı dəyişdirilərək Hüquq və İnsan Haqları İnstitutu adlandırılmışdır. Sərəncama uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2016-cı il tarixli 277 nömrəli Qərarı ilə Fəlsəfə və Hüquq İnstitutunun hüquq elmləri üzrə struktur bölmələri ləğv edilərək Hüquq və İnsan Haqları İnstitutunun struktur tərkibinə verilmişdir.

Bu dəyişikliklərin həyata keçirilməsi üçün AMEA RH 07 sentyabr 2016-cı il tarixli 10/5 nömrəli Qərar qəbul etmişdir. İnstitutun yenilənmiş Nizamnaməsi 1 fevral 2016-cı-il tarixdə Ədliyyə Nazirliyində qeydiyyata alındı. 2009–2022-ci illərdə İnstitutun direktoru vəzifəsini hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə icra etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 19 may 2022-ci il tarixli fərmanı ilə beynəlxalq təcrübə nəzərə alınmaqla hüququn müxtəlif sahələri üzrə islahatların həyata keçirilməsi və normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" ("Mərkəz") publik hüquqi şəxs yaradılmışdır[4][[2]].

Əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan İnstitut Mərkəz yarandıqdan sonra onun tabeliyinə verilərək, yenidən təşkil edilmişdir. Hal-hazırda Hüquq və İnsan Haqları İnstitutu ("İnstitut") publik hüquqi şəxs kimi Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin tabeliyində fəaliyyət göstərir[5]. İnstitutun indiki Nizamnaməsi Mərkəzin 25–26 iyul 2022-ci-il tarixli protokoluna əsasən Ədliyyə Nazirliyində qeydiyyata alınıb. İnstitutun İdarə Heyətinin sədri hazırda, hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Fəxrəddin oğlu Quluzadədir[[3]].

İnstitutun fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]
  • Hüququn ayrı-ayrı sahələri üzrə, o cümlədən insan hüquq və azadlıqları sahəsində fundamental və tətbiqi elmi tədqiqat, eksperimental araşdırmaların aparılması və elmi-praktiki tövsiyələrin hazırlanmasını təşkil etmək;
  • Mərkəzin fəaliyyətinə elmi və praktiki dəstək vermək;
  • Hüquqi maarifləndirmə sahəsində fəaliyyət göstərmək;
  • Qanunvericiliyin inkişafı və təkmilləşdirilməsində iştirak etmək;
  • Normativ-hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsində iştirak etmək;
  • Dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının bilik, bacarıq və səriştəsinin inkişaf etdirilməsində iştirak etmək;
  • Azərbaycan Respublikasında ictimai-siyasi fikrin və hüquqi şüurun formalaşdırılmasında iştirak etmək.

İnstitutun vəzifələri və hüquqları

[redaktə | mənbəni redaktə et]
  • Normativ-hüquqi aktlarda boşluqların, kolliziyaların və sui-istifadə amillərinin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə qüvvədə olan normativ-hüquqi aktların hüquqi təhlilini aparmaq;
  • Azərbaycan Respublikası və xarici dövlətlərin qanunvericiliyinin müqayisəli tədqiqatını aparmaq;
  • Fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar və elmi-praktiki şərhlər hazırlamaq;
  • Hüquqi aktları Azərbaycan dilindən xarici dillərə və xarici dillərdən Azərbaycan dilinə tərcümə etmək.

İnstitutun təşəbbüsləri və nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Tədbirlər və təlimlər vasitəsilə hüquq və insan haqları ilə bağlı ictimai maarifləndirmənin həyata keçirilməsi;
  • Hüquq və İnsan Haqları sahəsində Azərbaycanlı alimlərin əsərlərindən ibarət Virtual Kitabxananın yaradılması[6];
  • İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində hüquq mühafizə orqanlarının maarifləndirilməsi;
  • Azərbaycan Respublikasında 74 şəhər (rayon) üzrə insan hüquqlarının müdafiəsi sahəsində xidmət göstərən qurumlar haqqında məlumatların əks olunduğu "Rəqəmsal insan hüquqları resurs xəritəsi"nin yaradılması[7][8][9][10][11][12][13][14][15];
  • Hüququn müxtəlif sahələri daxil olmaqla, insan hüquqları sahəsində Azərbaycanda fəaliyyət göstərən hüquq elmi jurnallarının vahid elektron axtarış bazasının yaradılması [16];
  • İnsan hüquqlarına dair terminlərin izahlı E-Lüğətinin yaradılması[17];
  • Hüquqşünas alim və tədqiqatçıların vahid axtarış bazasının yaradılması[18][19][20][21][22][23];
  • Praktikaya aid siqnallar sorğusu (PASS) platformasının yaradılması[24] .

İnstitutun struktur bölmələri

[redaktə | mənbəni redaktə et]
  • İdarə Heyətinin sədri[25]
  • İdarə Heyətinin sədr müavini[26]
  • İdarə Heyətinin sədr müavini[27]
  • Maliyyə şöbəsi[28]
  • Hüquq və Kadr şöbəsi[29]
  • Sənədlərlə iş şöbəsi[30]
  • İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsi[31]
  • Hüquqi tədqiqat şöbəsi[32]
  • Mətbuat və beynəlxalq əlaqələr şöbəsi[33]
  • Redaksiya və nəşriyyat şöbəsi[34]
  • İnformasiya texnologiyaları şöbəsi[35]
  • Təchizat və təsərrüfat şöbəsi[36]

İnstitutun hal-hazırki alimləri

[redaktə | mənbəni redaktə et]
  • Quluzadə Məhəmməd Fəxrəddin oğlu
  • İbayev Vəfaddin Ələm oğlu
  • Həsənzadə Səidə Bəhram qızı
  • Əliyev Tuqay Zakir oğlu
  • Əliyev İlham Malik oğlu
  • Qədirov Asif Xanoğlan oğlu
  • Ələsgərova Gülnaz Rəfail qızı
  • Qaramollayeva Samirə Asəf qızı
  • İbrahimov Şikar Mürşüd oğlu
  • Xəlilov İlqar İbrahimxəlil oğlu
  • Qasımov Ələs Yunus oğlu
  • Məmmədova Ayan Urfan qızı
  • Vüsalə Xəqani qızı Muradxanlı

İnstitutun Ekspert Şurasının alimləri

[redaktə | mənbəni redaktə et]
  • Rzayev Əli Heydər oğlu[37]
  • Süleymanov Cavanşır İslam oğlu[38]
  • Əliyev Aydın Cəmil oğlu[39]
  • Güləliyeva Romella Əli qızı[40]
  • Bekker Moisey Vladimiroviç[41]

Elmi nəticələri

[redaktə | mənbəni redaktə et]

2004-cü ildən institutda 45 (12 dissertant,10 doktorant, 23 elmlər doktoru) doktorant və dissertant təhsil alıb. 159 (57 dissertant, 64 doktorant, 21 elmlər doktoru, 17 xarici dissertant) dissertant və doktorant təhsilini bitirib. 69 doktorant və dissertant müdafiə edib. 47 doktorant və dissertant ilkin müzakirədən keçib. Ümumilikdə 228 elmi iş müdafiə olunub. Hazırda İnstitutda 1 elmlər doktoru, 12 fəlsəfə doktoru çalışır. 25 il ərzində İnstitutda 170 müxtəlif adda kitab nəşr olunub.

  • "Din və Etiqad Azadlığı: Beynəlxalq, regional və milli hüquqi sənədlərdə";
  • "Postmünaqişə vəziyyətinin siyasi-hüquqi aspektləri";
  • "44 günlük diplomatiya dərsləri" (3 dildə -azərbaycan, rus, ingilis);
  • "Leyla Əliyeva: Xocalıya ədalət!" (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model) 3 cilddə
  • "Dövlət İnformasiya Siyasəti və İnformasiya Hüququ";
  • "Sağlamlıq imkanları məhdud olan şəxslərin məşğulluğu problemləri";
  • "Elmi-texniki tərəqqi, süni intellekt və hüquq";
  • "İmtiyazlı məhbuslar üçün qanunlar toplusu";
  • "Elektron məhkəmənin ədalət mühakiməsi sistemində hüquqi əsasları"
  • "Yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının müdafiəsində Yuvenal Ədliyyənin rolu və onun təkmilləşdirilməsi";
  • "İnsan hüquqları və onların beynəlxalq hüquqda qorunması (polisin yaddaş kitabçası)";
  • "Azərbaycan Avropa hüquq məkanında (işgəncələrə qarşı sənədlər toplusu)";
  • "Polisin işi və insan hüquqları Avropa kontekstində (sorğu vəsaiti)";
  • "İnsan hüquqları və polis (əyani tədris vəsaiti)";
  • "Bioetika, tibbi hüquq və yeni texnologiyalar";
  • "GMO və ərzaq təhlükəsizliyi";
  • Süni İntellekt və robot texnikası insan hüquqları kontekstində";
  • "İnsan Hüquqları İnstitutunun tərəfdaşları";
  • "Hüquqi dövlət quruculuğunda və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində vəkillik institutunun rolu";
  • "Əlillərin hüquqları, cəmiyyətə adaptasiyası və inteqrasiyası: dünya təcrübəsi, mövcud problemlər və həlli yolları";
  • "Böyük İpək Yolu Azərbaycan dövlətinin geostrateji maraqları kontekstində";
  • "Dövlət informasiya siyasəti (KİV timsalında)";
  • "İslam hüququ";
  • "Tibb hüququ";
  • "Bioetika və tibbi hüquq";
  • "Sosioloji hüquqşünaslığın tarixi aspektləri";
  • "Özümüzü və dünyanı dərketmə yolunda";
  • "Dövlət informasiya siyasəti və informasiya hüququ";
  • "Azərbaycanda ailə İnstitutunun konstitusiya hüquqi statusu: kompleks təhlil";
  • "Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ ərazisində tarix və memarlıq abidələrinin kataloqu";
  • "Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər";
  • "İrəvan məkanında azərbaycanlılara qarşı etnik təmizləmə: tarixi və hüquqi aspektdə";
  • “Silahlı münaqişələr zamanı və münaqişədən sonrakı vəziyyətlərdə insan hüquqlarının müdafiəsi: beynəlxalq hüquqi aspekt”;
  • “Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 20 illik baxış bucağında”;
  • "Seçki hüququ";
  • “Идеология геноцида”;
  • “Nəzəriyyədə və Azərbaycan Respublikasının qanunvericiliyində ədalət mühakiməsi əleyhinə olan cinayətlər”;
  • “Mülki hüquq: suallar və cavablar”;
  • “Elektron səsvermə: konseptual, hüquqi və praktiki aspektlər və s. bir çox nəşrləri qeyd etmək olar.

Kitabxana fondu və virtual kitabxana

[redaktə | mənbəni redaktə et]

İnstitutun kitabxana fonduna 3463 adda kitab daxildir. İnstitutda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) dəstəyi ilə Azərbaycanda ilk hüquq və insan haqları indeksində "İnsan hüquqları virtual kitabxanası" yardılıb[42]. İnstitutun veb səhifəsi üzərindən fəaliyyət göstərən virtual kitabxana uzaq məsafədən ümumi istifadəni daha əlçatan etməklə, istifadəçilərə daha dolğun informasiya verir. Zaman və məkandan asılılığa son qoyaraq, dünyanın istənilən nöqtəsində yerləşən qeyri-məhdud sayda oxuculara 24 saat ərzində eyni anda xidmət göstərir. İstitutun kitabxana fondunda olan hüquq və insan haqları kontekstini əks etdirən bütün nəşrlər mərkəzləşdirilmiş formada virtual kitabxana vasitəsilə ödənişsiz fəaliyyət göstərir.

250-dən artıq müxtəlif mövzularda görüşlər, konfranslar, təqdimatlar və seminarlar keçirilib. İnstitutun profil istiqamətini əks etdirən 100-dən çox Qanun layihələrinə rəy və təkliflər verilib, həmçinin bu sahədə ekspertizalar aparılıb. 2013–2018-ci illərdə İnstitutda "Ödənişsiz hüquqi yardım xidməti haqqında" Qanun layihəsi əsasında vətəndaşlara ödənişsiz hüquqi yardım xidməti göstərilib.

Beynəlxalq təşkilatlarda üzvlüyü

[redaktə | mənbəni redaktə et]

İnstitut "beyin mərkəzlərinin" qlobal bazası olan On Think Tanks (OTT) platformasına "hüquq, insan haqları, ədliyyə və təhsil sahəsində ixtisaslaşan beyin mərkəzi" kimi daxil edilib. 

İnstitutun Beynəlxalq tərəfdaşları

[redaktə | mənbəni redaktə et]
  • Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP)
  • Avropa Şurası (CoE)
  • Beynəlxalq Miqrasiya Təşkilatı (BmQT)
  • Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR)
  • Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (OSCE)
  1. 1 2 "Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxs" (az.). http://huquq.org.az. 2023-03-09 tarixində (#archive_missing_url) arxivləşdirilib. (#cite_web_url); (#accessdate_missing_url)
  2. "AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu". Archived from the original on 2023-03-09. İstifadə tarixi: 9 mart 2023.
  3. "İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI" (az.). https://e-qanun.az. Archived from the original on 2023-03-09. İstifadə tarixi: 9 mart 2023.
  4. https://e-qanun.az/framework/49618
  5. https://lhri.az/az/pages/about-us
  6. https://lhri.az/az/library
  7. https://lhri.az/az/virtual-map
  8. https://www.facebook.com/story.php?story_fbid=900794492087301&id=100064702747682&mibextid=WC7FNe&rdid=iYbhoHR8extc4USe
  9. https://iqtisadiyyat.az/az/post/reqemsal-insan-huquqlari-resurs-xeritesi-istifadeye-verilib-98083
  10. https://qht.az/details/az/31813
  11. https://www.e-huquq.az/az/news/xeberler/88059.html
  12. https://www.facebook.com/100064702747682/posts/904542848379132/?mibextid=WC7FNe&rdid=zA6QXzw7rpLvlrRT
  13. https://www.facebook.com/100064702747682/posts/910727951093955/?mibextid=WC7FNe&rdid=6Tmb2kCxf9DiA8BR
  14. https://www.facebook.com/story.php?story_fbid=914994257333991&id=100064702747682&mibextid=WC7FNe&rdid=I274mw5ydGYicaIX
  15. https://www.facebook.com/100064702747682/posts/915396807293736/?mibextid=WC7FNe&rdid=4OMJoU7kL1DGE7W2
  16. https://lhri.az/az/journals
  17. https://lhri.az/az/vocabulary
  18. https://lhri.az/az/LegalScholar
  19. https://www.facebook.com/story.php?story_fbid=939364411563642&id=100064702747682&mibextid=WC7FNe&rdid=nBV7zLdoj3wPgbLQ
  20. https://xalqqazeti.az/az/last-news/186972-huquq-sahesi-uzre-alim-tedqiqatcilarin
  21. https://www.qht.az/details/az/32949
  22. https://redaktor.az/news/country/247599-huquq-sahesi-uzre-alim-ve-tedqiqatcilarin-vahid-melumat-bazasi
  23. https://www.e-huquq.az/az/news/xeberler/90574.html
  24. https://lhri.az/az/pass
  25. https://lhri.az/az/pages/management
  26. https://lhri.az/az/pages/management
  27. https://lhri.az/az/pages/management
  28. https://lhri.az/az/departments/Maliyy%C9%99%20%C5%9F%C3%B6b%C9%99si
  29. https://lhri.az/az/departments/h%C3%BCquq-%20v%C9%99-%20Kadrlar-%20%C5%9F%C3%B6b%C9%99si
  30. https://lhri.az/az/departments/Document%20Management%20Department
  31. https://lhri.az/az/departments/huquq-insan-t%C9%99lim-ekspertiza-%C5%9Fob%C9%99
  32. https://lhri.az/az/departments/H%C3%BCquqi%20t%C9%99dqiqat
  33. https://lhri.az/az/departments/huquq-institut-metbuat-beyn%C9%99lxalq-%C9%99laq%C9%99l%C9%99r
  34. https://lhri.az/az/departments/h%C3%BCquq-%C4%B0nstitut-redaksiya-n%C9%99%C5%9Friyyat-%C5%9F%C3%B6b%C9%99
  35. https://lhri.az/az/departments/%C4%B0nformasiya-texnologoia-%C5%9F%C3%B6b%C9%99
  36. https://lhri.az/az/departments/huquq-insan-haqlar%C4%B1-t%C9%99s%C9%99rrufat-%C5%9Fob%C9%99
  37. https://lhri.az/az/experts/professor-heyder
  38. https://lhri.az/az/experts/professor-cavansir
  39. https://lhri.az/az/experts/dosent-aydin
  40. https://lhri.az/az/experts/dosent-romella
  41. https://lhri.az/az/experts/moisey
  42. https://lhri.az/az/library

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]