AMEA Dendrologiya İnstitutu

Dendrologiya İnstitutuAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyi-nin strukturuna daxil olan elmi təşkilat. Təşkilatın rəhbəri biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənovadır (botanik).

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895–1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. 1925-ci ildə bağ dövlət mülkiyyətinə keçmiş sonradan müxtəlif təşkilatların tərkibində olmuşdur. 1924–1926-cı illərdə Ümumittifaq Tətbiqi Botanika İnstitutunun Təcrübə Bazası, 1926–1936-cı illərdə Ümumittifaq Bitkiçilik İnstitutu, 1936–1945-ci illərdə Subtropik bitkillərin təcrübə stansiyası, 1945–1964-cü illərdə E. T. Bağçılıq, Üzümçülük və Subtropik bitkilər İnstitutunun Təcrübə Bazası, 1964–1966-cı illərdə isə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərmişdir.

1966–1996-cı ildə Azərbaycan Elmlər Akademiyası Nəbatat İnstitutunun elmi strukturuna daxil olmuşdur. 1996-cı ildən isə AMEA-nın Rəyasət Heyətinin və Biologiya Elmlər bölməsinin qərarı ilə Mərdəkan Dendrarisi Biologiya Elmləri bölməsinə tabe edilmiş, ona hüquqi status verilmişdir.

2014-cü ildən AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Dendrologiya İnstitutu adını almışdır. 28 iyl 2022 - ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fərmanı ilə Dendrologiya İnstitutu Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Hazırda Dendrologiya İnstitutu Dünya Botanika bağlarının üzvüdür. 100-dən çox botanika bağı ilə qarşılıqlı əməkdaşlıq edir.

Fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]

Təbii və mədəni şəraitdə becərilən bitkilərin assortimentinin genişlənməsi və onların genofondunun təbii şəraitdə və introduksiyada saxlanılması üçün biomüxtəlifliyinin populyasiya, introduksiya və seleksiya üzrə öyrənilməsi.

Azərbaycanda ağac bitkilərinin növdaxili dəyişkənliyinin və populyasiya strukturunun tədqiqatı, regionda növlərin populyasiya əsasında genofondunun saxlanılması və seleksiya işlərinin tərtibatı yolları.

Ağac və kolların yeni dekorativ sortların forma müxtəlifliyinin qiymətləndirilməsi. Meşə bitkiləri, təbiət abidələri, bağ-park obyektləri, introdusent növlərin dendroloji və taksasiyalı öyrənilməsi; perspektivli meşə və dendroloji təbiət abidələrinin seçilməsi.

Əlverişsiz iqlim amillərinin təsiri və zərərverici həşəratların kütləvi çoxalması ilə əlaqədar olaraq dendroxronoloji tədqiqatlar; əsas meşə əmələ gətirən cinslərin yaşlı nüsxələrinin seçimi.

Meşə, şəhər və meşə-park landşaflarının tərtibatı üçün ağac və kol cinsləri assortimentinin seçimi. Tədqiqat işləri 8 laboratoriyada aparılacaqdır. Buraya əsasən ağac biologiyasının bir çox aspektləri, fundamental tədqiqatlar, o cümlədən məlum olmayan proses və münasibətlərin analizi, təsviri daxildir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]