Botanika İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi-tədqiqat institutu. Baş direktor: Biologiya elmləri doktoru, professor Səyyarə Cəmşid qızı İbadullayeva. İcraçı direktor: biologiya elmləri doktoru Şakir Nəbi oğlu Qasımov
Botanika İnstitutu 1936-cı ildə təsis olunmuşdur. İlk direktoru Qafqaz florasının görkəmli tədqiqatçısı akad. İ.A.Qrossheym olmuşdur. Botanika sahəsində kadr hazırlanmasında V.İ.Ulyanişev, L.İ.Prilipko, İ.M.İsayev, Müzəffər Heydər oğlu Abutalıbov (1947-49; 1962-78 illərdə İnstitutunun direktoru), V.X.Tutayuq, Q.E.Kapinos, Ş.O.Barxalov və başqalarının böyük xidmətləri olmuşdur. Molekulyar-biologiya və bitki genetikası sahəsində yeni elmi istiqamətlərin inkişafında İnstitutun dünya elminə inteqrasiyasında qazanılmış böyük nailiyyətlər akademik C.Ə.Əliyevin adı ilə bağlıdır və bilavasitə onun xidmətidir.
Tobira Pittosporumu