Avtonom emosional meridian cavab (ing.autonomous sensory meridian response; Abr: ASMR),[1][2][3] və ya beyin relaksı, beyin istirahəti, onurğa qıcıqlanması, beyin masajı — endorfin təmin edən və rahatlaşdırıcı təsir göstərən bir səs növüdür.[4] Bu növ videolara yatmaq və ya istirahət etmək üçün baxırlar.[5][6]
Xüsusilə internet mədəniyyətində mühüm yeri olan və adətən ASMR olaraq adlandırılan bu səs növü müxtəlif YouTube istifadəçiləri tərəfindən xüsusi olaraq hazırlanmış müxtəlif video kanallarında yayımlanır.[7] Əsasən yuxu, meditasiya və ya istirahət məqsədləri ilə dinlənilən bu tip səs növündə, ümumiyyətlə, pıçıltılı danışıqlar müşahidə olunur. Pıçıltı ilə danışmaqla yanaşı, ümumiyyətlə danışmamaq və yumşaq tonda danışıq videoları da mövcuddur. Danışıq olmayan videolarda yalnız yuxu gətirən və ya rahatlaşdıran səslərdən istifadə edilir.[8]
2007 və 2010-cu illər arasında istifadə edilən və təklif edilən adların və terminlərin bir çoxu orqazma istinad etsə də, bu müddət ərzində bir çoxları ASMR-nin eyforik və rahatlaşdırıcı təbiətinin cinsi oyanmadan fərqləndirilməsinin lazım olduğu fikrini müdafiə etmişdirlər.[9] ASMR-nin seksuallıq üçün nəzərdə tutulmadığı iddia edilsə də, ASMR ilə erotik videolar hazırlayanlar vardır.[10][11]
ASMR-nin ilk tərəfdarları onun cinsi xəbərdarlıq ilə heç bir əlaqəsinin olmadığı qənaətinə gəlmişdirlər. 2010-cu ildə təşkil edilmiş onlayn forumda iştirak edən Cennifer Allen bu növün "AUTONOMOUS SENSORY MERIDIAN RESPONSE (ASMR)", yəni "Avtonom Emosional Meridian Cavab" kimi adlandırılmasını təklif etmişdir. ASMR abreviaturasının izahı belədir:[12]
Cavab — Xarici və daxili qıcıqlandırıcılara verilmiş cavab.
Allen 2016-cı ildə vermiş olduğu müsahibə zamanı bu terminləri qəsdən seçdiyini təsdiqləmişdir.[13] Onları seçməsinin səbəbini isə alternativ terminlərdən daha obyektiv və tibbi terminlər olması ilə izah etmişdir. Bu müsahibəsi zamanı Allen meridian sözünü orqazm sözünün əvəzinə seçdiyini bildirmiş və meridianı "ən yüksək inkişaf, ən böyük rifah və ya buna oxşar olan bir nöqtə" kimi müəyyən etmişdir.[13][14]
ASMR hissini və qavrayışını yüngül bir elektrik cərəyanına və beynin uyuşmasına oxşadırlar.[8][15][16] Bədəndə paresteziya olaraq adlandırılan qıcıqlanma hissi baş, kürək və çiyin nahiyələrində hiss olunur.[17] Bu hiss insanda yuxunun gəlməsinə və insanın rahatlaşmasına səbəb olan bir hissdir.[18][19]
ASMR bədənə əsasən müəyyən "impulslar" (qıcıqlandırıcılar) vasitəsilə təsir göstərir.[4][8] ASMR impulslarına gündəlik həyatda rast gəlmək mümkündür.[20] ASMR müntəzəm olaraq müəyyən bir səslər və şəkillər tərəfindən impulslanır.[8][21] Bu cür mühitlər xüsusi olaraq ASMR-nı qıcıqlandırmaq üçün hazırlana və ya başqa məqsədlər üçün yaradıla bilər.[22]
↑Smith, Stephen D.; Katherine Fredborg, Beverley; Kornelsen, Jennifer. "An examination of the default mode network in individuals with autonomous sensory meridian response (ASMR)". Social Neuroscience. 12 (4). 31 May 2016: 361–365. doi:10.1080/17470919.2016.1188851. PMID27196787.
↑Tihanyi, Benedek T.; Ferentzi, Eszter; Beissner, Florian; Köteles, Ferenc. "The neuropsychophysiology of tingling". Consciousness and Cognition. 58. 1 February 2018: 97–110. doi:10.1016/j.concog.2017.10.015. ISSN1053-8100. PMID29096941.