ATEF Group — Azərbaycan ATEF Şirkətlər Qrupu 1961-ci ildə fəaliyyətə başlayan Bakı Mayesiz Transformatorlar Zavodunun bazasında qurulub. Müəssisə güc transformatorları və geniş çeşidli digər elektrik avadanlıqlarının istehsalı üzrə ixtisaslaşıb.
ATEF Group | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | MMC |
Sənaye | Elektrik mühəndisliyi |
Məhsulu | Transformator |
Təsis tarixi | 1961 |
Baş qərargahın yeri | |
Struktur | |
İşçi sayı | 2024 |
Rəhbərlik | |
Rəhbərlik | Talıb Əlixanbəyov |
atef.az/az |
Müəssisə keçmiş SSRİ məkanında müttəfiq respublikaları əsasən quru tip paylayıcı transformatorlarla təchiz edib.
1997-ci ildən təkmilləşməyə başlayan zavod çoxsaylı bölmələrə malik sənaye qurumuna — ATEF Şirkətlər Qrupuna çevrilib. Mərkəzi ofisi Bakıda yerləşən şirkət hazırda yalnız Azərbaycanın deyil, onlarla ölkənin enerji təminatında yaxından iştirak edir.
Şirkət tərəfindən həyata keçirilən yenidənqurma işlərindən dərhal sonra yağlı tip transformatorların, eləcə də yeni nəsil quru tip transformatorların istehsalına sərmayə qoyulub. Güc transformatorları, yüksək və orta gərginlikli elektrik avadanlıqlarının istehsalı üzrə ixtisaslaşan şirkət sənaye, dəmir yolu, energetika və digər sahələr üzrə hazır eksklüziv həllər təklif edir.
Şirkət hazırda transformator, reaktor, paylayıcı qurğular, yarımstansiya komponentlərini, dəmir yolu kontakt şəbəkəsi detalları da daxil olmaqla, müxtəlif çeşidləri bazara çıxarır.
Zavodlar
Məhsullar
ATEF Şirkətlər Qrupu güc transformatorları, yağlı tip paylayıcı transformatorlar, tökmə izolyasiyalı quru tip transformatorlar, paylayıcı qurğular, mühafizə və idarəetmə panelləri, cərəyanı məhdudlaşdırıcı və şuntlama reaktorları, reaktiv güc kompensatorları, ölçü transformatorları, elektrik açarları, ayırıcılar və torpaqlayıcılar, güc və nəzarət kabelləri, transpozisiya edilmiş (CTC) məftillər, dəmir yol kontakt şəbəkəsi detalları və s. məhsullar istehsal edir.
Servis və xidmətlər