Transformator (lat. transformare — çevirmək) – dəyişən cərəyanın tezliyini və gücünü dəyişmədən cərəyanın və gərginliyin qiymətini başqa bir qiymətə çevirən statik elektromaqnit aparatdır. Transformatorun iş prinsipi elektromaqnit induksiyası hadisəsinə əsaslanır. Sadə transformator təbəqə transformator poladından yığılmış maqnitkeçiricidən və ümumi maqnit axını ilə əhatə edilmiş bir, yaxud bir neçə izolyasiyalı dolaqdan ibarətdir. Çevrilən cərəyan birinci dolağa verilir, bu zaman nüvədə (içlikdə) meydana çıxan dəyişən maqnit axını ikinci dolaqda qarşılıqlı induksiya elektrik hərəkət qüvvəsi yaradır. Dolaqların gərginliklər nisbəti, onlardakı sarğılar sayının nisbətinə bərabərdir. Çevrilən elektrik cərəyanının növünə uyğun olaraq birfazalı və üçfazalı transformator var. Transformatorun əsas tipləri elektrik enerjisinin ötürülməsi və paylanması üçün tətbiq edilən güc transformatoru, xüsusi təyinatlı güc transformatoru (elektrik qaynağı, düzləndirici qurğular və s. üçün), ölçü transformatorları, yüksəkgərginlikli sınaq transformatorları və impuls transformatorlarıdır. Transformator-nun gücü V·A-in hissələrindən yüzlərlə MV·A-ә qədərdir.
Enerji sahəsində transformatorlara həm də səssiz elektrik maşınları deyilir. Elektrik sistemində transformatorun rolu çox vacibdir, çünki müvafiq gərginlik səviyyəsində elektrik enerjisini qənaətli və etibarlı bir şəkildə istehsal etməyə, ötürməyə və paylamağa imkan verir. Transformatorlar, elektrik enerjisini uzaq məsafələrə verdikdə, enerjini qəbuledicilər arasında bölüşdürdükdə, eləcə də müxtəlif düzləndiricilərdə, gücləndiricilərdə, siqnal qurğularında və s. qurğularda geniş tətbiq olunur.
Bu altbaşlığı genişləndirmək lazımdır. |
Bu altbaşlığı genişləndirmək lazımdır. |
Bu altbaşlığı genişləndirmək lazımdır. |
Bu altbaşlığı genişləndirmək lazımdır. |
Bu altbaşlığı genişləndirmək lazımdır. |