Abşeron abidəsi (film, 2009)

Abşeron abidəsi[1] qısametrajlı sənədli filmi rejissor Emin Əfəndiyev tərəfindən 2009-cu ildə çəkilmişdir. Baba ləqəbli Vidadi Həmdulla oğlu 25 ildir ki, dördkünc Mərdəkan qalasını göz bəbəyi kimi qoruyur. Əmək haqqı 40 manat olan bu şəxs həm qalanın qoruyucusu, həm ekskursiya rəhbəri, həm də bağbanıdır. Film Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino kafedrasının "Rejissorluq fakültəsi"nin tələbəsi Emin Əfəndiyevin diplom işidir.

Abşeron abidəsi
Janr sənədli
qısametrajlı
tarixi
bioqrafik
Rejissor Emin Əfəndiyev
Ssenari müəllifi Emin Əfəndiyev
İlk baxış tarixi 2009
Filmin növü qısametrajlı sənədli film
Müddət 12 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2009
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Baba ləqəbli Vidadi Həmdulla oğlu 25 ildir ki, dördkünc Mərdəkan qalasını göz bəbəyi kimi qoruyur. Filmdə o tamaşaçıları şəxsi arxivindəki tarixi sənədlərlə tanış edir, gündəlik iş həyatını danışır, 1992-ci ildə qazıntılar zamanı quyularda aşkar edilən tarixi tapıntılar barədə məlumat verir, ABŞ-nin Azərbaycandakı səfiri olmuş xanım Ənn Dörsi ilə çəkdirdiyi xatirə şəklini fəxr hissi ilə göstərir. Əmək haqqı 40 manat olan bu şəxs həm qalanın qoruyucusu, həm ekskursiya rəhbəri, həm də bağbanıdır.

Film haqqında[redaktə | mənbəni redaktə et]

Film Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino kafedrasının "Rejissorluq fakültəsi"nin tələbəsi Emin Əfəndiyevin diplom işidir.

Filmin üzərində işləyən[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Emin Əfəndiyev
Rejissor: Emin Əfəndiyev

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
2009-cu ilin Azərbaycan filmləri
2000-ci illər Azərbaycan filmlərinin siyahısı