Abşeron mayakı

Abşeron mayakıAbşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. Azərbaycandakı yerli mayaklardan ən irisidir.

Abşeron mayakı
Abşeron mayakı
Abşeron mayakı
Ölkə
Su hövzəsi Xəzər dənizi
Yerləşir Gürgən, Azərbaycan
Koordinatlar 40°24′25″ şm. e. 50°19′30″ ş. u.HGYO
Tikilmə tarixi 23 oktyabr 1860
Tikinti materialı daş
Hündürlüyü 25 m
Diapazon əsas:
HRMC nömrəsi AZE-006
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1859-cu ildə Pirallahı adası ilə üzbəüz dağda tikilmişdir. Mayak 23 oktyabr 1860-cı ildə istifadəyə verilmişdir.

Texniki göstəriciləri

[redaktə | mənbəni redaktə et]

Mayak 25 metrlik, lövbərlər şəklində pəncərələr və tağlı giriş ilə orijinal konstruksiyalı daş qüllədən ibarətdir. Tikilinin zirvəsinə 102 pilləli dolanbac pilləkan aparır.

İşıqlandırılması

[redaktə | mənbəni redaktə et]

İstifadəyə verildiyi vaxtdan etibarən işığın 38 km uzaqlıqdan görünməsinə malik olmuş, gəmilərin materik və Pirallahı adası arasındakı Abşeron boğazına təhlükəsiz daxil olmasını təmin etmişdir. 1912-ci ilə qədər mayak kerosin lampası ilə işıqlandırılırdı. 1912-ci ildən mayakın işıqlandırılması kerosin-kürə qurğusu, 1956-cı ildən isə elektrikləşmə ilə əvəz edilmişdir. Hal-hazırda mayakın işıqlandırılmasını 500 vt-lıq elektrik lampası və xüsusi linzalar təmin edir.

Poçt markası üzərində

[redaktə | mənbəni redaktə et]
2013-cü ildə buraxılmış poçt markası

2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Abşeron mayakına həsr olunmuşdur[1].

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]