Abşeron sarı ənciri

Abşeron sarı ənciri[1] - Abşeron yarımadasında yetişdirilən yerli əncir sortu. İki dəfə məhsul verir. Qabığının rəngi açıq-sarı, ləti çəhrayı, toxumu isə azdır. Meyvəsi orta ölçüyə malik olub 30-40 q çəkiyə malikdir. Sentyabrın əvvəlləri meyvəsi yetişir. İyulda verdiyi ilk məhsul varəncir adlanır. Bir ağacdan 60-70 kq məhsul yığmaq olur. Tərkibi C vitamini ilə zəngindir. Bu sort əncirdən yaxşı mürəbbə, doşab hazırlanır. Üstəlik meyvə qurusu kimi istifadə edilir. Şəfalı əhəmiyyəti vardır. Həzm və qan-damar xəstəliklərinin profilaktikasında istifadə edilə bilər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 63. ISBN 978-9952-441-02-4.