Aba Andam

Aba A. Bentil Andam (1948) — Qana fiziki. O, hissəciklər fizikası üzrə ixtisaslaşmışdır. Andam 2017–2019-cu illərdə Qana İncəsənət və Elmlər Akademiyasının prezidenti olmuşdur. Andam qanalı ilk qadın fizikdir.[1]

Aba Andam
Doğum tarixi 1948
Vətəndaşlığı
Elm sahəsi hissəciklər fizikası
Təhsili

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Aba Andam müxtəlif elmi təşkilatların əməkdaşıdır. Bunlara Dünya İnnovasiya Fondu (2002-ci ildən), Qana İncəsənət və Elmlər Akademiyası (2003-cü ildən), Fizika İnstitutu (2004-cü ildən) aiddir. O, 2017–2019-cu illərdə Qana İncəsənət və Elmlər Akademiyasının prezidenti olmuşdur. Andam bu vəzifəni tutan ikinci qadın idi.[2][3]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Aba Andam inşaat mühəndisi, akademik və keçmiş vitse-kansler olan professor Kvesi Akvansah Andam ilə evlənmişdir.[4] Onların dörd övladı olmuşdur.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. myadmin. "Ghana's first female physicist calls for gender parity in science". Ghana Business News (ingilis). 2016-03-12. 2022-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-12.
  2. Anane, Robert. "Ghana Academy of Arts and Sciences gets new President". Ghana News Agency. 2019-01-19. 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-26.
  3. Nyabor, Jonas. "Ghana Academy of Arts and Sciences gets 2nd female president". Citi FM Online. 20 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2017.
  4. "Late Prof. Kwesi Andam Honoured". 5 November 2018. 7 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2022.
  5. "Prof Kwesi Andam buried". 30 November 2001. 7 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2022.