Hissəciklər fizikası

Hissəciklər fizikası- maddəradiasiya meydana gətirən hissəciklərin təbiətini öyrənən fizikanın bir sahəsidir.

Maddə hissəcikləri normal şəraitdə müstəqil olaraq müşahidə edilə bilməz, çünki onların ömrü çox azdır. Bu məqsədlə yaradılan hissəcik sürətləndirici deyilən nəhəng qurğuları, yüksək elektrik sahəsi təsiri ilə sürətləndirilmiş hissəciklərin maqnit sahə təsiri ilə fokuslanaraq çarpıştırılması ilə ortaya çıxan fərqli hissəciklər araşdırıla bilən hala gətirilməyə çalışılır. Bu əməliyyatlar və toqquşmalar zamanı meydana gələn enerji miqdarı çox olduğu üçün hissəciklər fizikası da yüksək enerjili fizika adlanır. Zərrəcikləri və onların qarşılıqlı təsirini izah edən ən aktual nəzəriyyə Standart Model adlanır.

Bütün maddələrin əsaslı şəkildə elementar hissəciklərdən ibarət olduğu fikri ən azı 6-cı əsrə aiddir.[1] 19-cu əsrdə John Dalton, stoiometriya üzərində apardığı işlər nəticəsində təbiətin hər bir elementinin tək, bənzərsiz bir hissəcikdən ibarət olduğu qənaətinə gəldi.[2] Əvvəlcə atom (yunanca atomos- bölünməz) tapıldı. Daha sonra isə atomlar üzərində işlənərək kimyəvi elemet anlayışı fizikaya əlavə olundu. Lakin fiziklər tezliklə atomun bölünməz olmadığı, əslində atomun özünün də elektron kimi kiçik hissəciklərdən ibarət olduğu qənaətinə gəldilər. Erkən 20-ci əsrin tədqiqatlar zamanı nüvə fizikası və kvant fizikası dəlilləri əsasında nüvə parçalanma yolu ilə 1939-cu ildə Lise Meitner (Otto Hahn ilə təcrübələr əsasında) nüvə silahının inkişafına da səbəb oldu. 1950–1960 illəri boyunca getdikcə yüksək enerjili şüalardan gələn hissəciklərin toqquşmasında heyrətamiz bir müxtəlif hissəcik tapıldı. Qeyri-rəsmi olaraq bu proses " hissəciklər zooparkı " adlandırılırdı. Daha sonralar bu hissəciklər toplanaraq Standart Model tərtib edildi.

Fermionlarbosonlar digər hissəciklərdən hazırlanmayan bilinən ən əsas hissəciklərdir.

Fermiyonlar Fermi-Dirak qanununa tabe olan hissəciklərdir. Fermiyonlar iki qrupa bölünür:

Leptonlardan ən məşhuru elektrondur . Hal hazırda elektron digər hissəciklərdən düzəldilməmiş hesab olunur. Leptonların spin 'i (dönüş; hissəciyin daxili bucaq momentumu) ½ və elektrik yükləri −1 və ya 0 dır. Yunanca lepton yüngül əsas hissəcik deməkdir. Hal hazırda 6 məlum lepton var:

  • e elektron (Elektrik yükü = −1)
  • ν e elektron-neytrino (Elektrik yükü = 0)
  • τ tau (Elektrik yükü = −1)
  • ν τ tau-neytrino (Elektrik yükü = 0)
  • μ muon (Elektrik yükü = −1)
  • mu μ muon-neytrino (Elektrik yükü = 0)

Kvarklar spini ½ və elektrik yükü 2/3 və ya −1/3 olan hissəciklərdir. Hal-hazırda 6 məlum kvark var:

  • u up (ap) (yuxarı, elektrik yükü = 2/3)
  • d down (davn) (alt, elektrik yükü = −1 / 3)
  • c charm (çarm) (çəkic, elektrik yükü = 2/3)
  • s strange (streync) (qəribə, elektrik yükü = −1 / 3)
  • t top (tap) (tavan, elektrik yükü = 2/3)
  • b bottom (batım, elektrik yükü = −1 / 3)

Bosonlar Bose-Einstein sıxlaşması qanununa uyan hissəciklərdir. 3 əsas boson qrupu vardır:

  1. "Fundamentals of Physics and Nuclear Physics" (PDF). 2 October 2012 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 July 2012.
  2. "Scientific Explorer: Quasiparticles". 22 May 2012. 15 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 July 2012.