Abadzexlər — adıgeylərin etnoqrafik qrupu. Keçmişdə ən iri adige tayfalarından biri olmuşdur. Adıgey Respublikasının Şovgen aulunda yaşayırlar. Adıgey dilinin abadzex dialektində danışırlar. Dindarları müsəlmandır. Əsas məşğuliyyətləri əkinçilik, heyvandarlıq və bağçılıqdır.[1]