Abakan çölü

Abakan çölü — Rusiya Federasiyasında, Xakas Respublikası ərazisində düzənlik. Abakan və Yenisey çaylarının sol sahilləri boyu Minusa çökəkliyinin qərb hissəsini əhatə edir. Hündürlüyü 500 metrədəkdir. Relyefi, əsasən düzənlik, qərb hissəsi təpəlikdir. Abakan çölündə çoxlu xırda göllər var. Ərazisi qismən şumlanır və dənli bitkilər əkilir.[1].

Abakan çölü
Ümumi məlumatlar
Mütləq hündürlüyü 350 ± 200 m
Yerləşməsi
53°43′00″ şm. e. 90°54′00″ ş. u.HGYO
Ölkə
Abakan çölü xəritədə
Abakan çölü
Abakan çölü
  1. Abakan // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 6. ISBN 978-9952-441-02-4.