Abayudaya (ivr. אבאיודאייה) - Etnik olaraq Baqanda qrupuna məxsus olan, iudaizm dininə mənsub kiçik toplum. Abayudayalar yəhudilər üçün xas olan kaşrut və şabat kimi adətlərə əmək edirlər. Ötən əsrin 70-ci illərində sayları 3.000 nəfərə yaxın olan toplum dönəmin Uqandalı diktatoru İdi Amin tərəfindən təqib olunmuşdur. İdi Aminin hakimiyyəti dönəmində 300 nəfərdən çox abayudayalı dini mənsubiyyətləri səbəbindən işgəncə ilə öldürülmüşdür. Hazırda Uqandada 2.000 nəfərə yaxın Abayudaya yəhudisinin yaşadığını məlumdur. İcmanın xidmətində 2 məktəb, 5 sinaqoq və 1 qonaq evi var.
Ümumi sayı | |||
---|---|---|---|
2.000[1] | |||
Yaşadığı ərazilər | |||
|