Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Abbasəli Kərimov (1931, Ardanış – 2004, Bakı) — Azərbaycan şairi, publisisti, pedaqoqu; qabaqcıl təsərrüfat rəhbəri.
Abbasəli Kərimov | |
---|---|
Kərimov Abbasəli İsmayıl oğlu | |
| |
Doğum adı | Abbasəli |
Doğum tarixi | 1931 |
Doğum yeri | |
Vəfat tarixi | 2004 |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Fatma Məhəmməd qızı (1941) |
Uşaqları | Zəkiyyə (1959), Aqil (1961), Adil (1963), Qadir(1966), Azər (1978) |
Atası | İsmayıl Kərbəlayi Kərim oğlu (1884-1968) |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji İnstitutu |
İxtisası | fizika-riyaziyyat |
Fəaliyyəti | şair, hekayə yazıçısı[d] |
Əsərlərinin dili | azərbaycanca |
Janrlar | şeir, hekayə, poema |
Mükafatları |
Abbasəli Kərimov 1931-ci ildə Göyçə mahalının Ardanış kəndində anadan olub. 1949-cu ilin sentyabrına kimi kolxozda işləmişdir.[1]
2004-cü ildə Bakı şəhərində vəfat edib.
Abbasəli Kərimov 1952-ci ildə orta təhsilini tamamlamışdır. 1952–1956-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) fizika-riyaziyyat fakültəsində təhsil almışdır.
1971-ci ildə Bakı Ali Partiya Məktəbinə oxumağa göndərilmişdir.
1956-cı ildən pedaqoji fəaliyyətə başlayan Abbasəli Kərimov, 1966-cı ildə qonşu Cil kəndində məktəb direktoru vəzifəsinə təyin olunmuşdur.
Abbasəli Kərimov 1968-ci ildə Krasnoselo rayon Partiya Komitəsinin Təbliğat-təşviqat şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilmişdir.
1974-cü ilin yanvar ayında öz doğma kəndində Ardanış kolxozu İdarə Heyətinin sədri (kolxoz sədri) vəzifəsinə təyin olunmuşdur.
1977–1987-ci illərdə Ardanış kənd sovxozunda direktor vəzifəsində işləmişdir.
Abbasəli müəllim ədəbi yaradıcılıqla da məşğul olmuşdur. 1961-ci ildən etibarən mətbuat orqanlarında yazıları dərc olunub.
Görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasının təsiri ilə yazdığı "Göyçədən salamlar" poeması 1968-ci ildə Cənubi Azərbaycandakı "Fərzanə" nəşriyyatında çap olunub.[2]
2003-cü ildə isə şeir, hekayə, publisistik məqalələr və poemadan ibarət "Göyçədən salamlar" kitabı nəşr olunub.
"Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.