Abbas ibn Firnas

Abbas ibn Firnas və ya Abbas Abu Al-Qasim ibn Firnas (ərəb. عباس بن فرناس‎; d.810 – ö.887) — müsəlman bərbər-əndəlus intellektualı, ixtiraçısı, fizik və mühəndisi.[1][2]. Həm də musiqiçi və şair olmuşdur.

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Bərbər mənşəli Firnas Əndəlusun İzn-Rand-Onda məntəqəsində (Ronda, İspaniya) anadan olmuş və Kordova əmirliyində yaşamışdır.[3][4]

İbn Firnas Əl-Maqata adlanan su saatı və bir neçə metronom düzəltmiş, rəngsiz şüşə istehsalı texnologiyasını hazırlamış, müxtəlif şüşə planisferlər ixtira etmişdi. O həm də müxtəlif linzalar (“oxuma daşları”) hazırlamış, planetlərin və ulduzların hərəkətini əyani şəkildə göstərən üzüklər zənciri düzəltmişdi. İbn Firnas tərəfindən dağ büllurunun emalı prosesinin təkmilləşdirilməsi nəticəsində, artıq bu büllurun emal üçün Misirə göndərilməsinə ehtiyac qalmadı.[3][4]

Öz evində alim xüsusi otaqda ulduz, bulud və ildırım modellərini quraşdırmışdı və bütün bu modellər zirzəmidə olan xüsusi mexanizmlərin köməyi ilə hərəkətə gətirilirdi.

Mərakeşli tarixçi Əhməd Məhəmməd əl-Məqqari yazır ki, ibn Firnas hazırladığı deltaplanabənzər aparatı özünə bərkitməklə uçmağa səy göstərmiş, “bir qədər uçduqdan sonra enməyə başlamış və enmə zamanı xəsarət almışdı” və söyləmişdi ki, aparataın quyruq hissəsi olmadığından o uğursuz eniş etmişdir[5]. Bu hadisənin 875-ci ildə baş verməsi güman edilir.[6] Əl-Məqqari bu epizodla bağlı IX əsrdə yaşamış kordovalı saray şairi Mömin ibn Səidə istinad edir.

Belə bir fikir mövcuddur ki, ibn Firnasın uçmaq cəhdi XI əsrin əvvəllərində İngiltərədə yaşamış Malmesburyli Eylmeri də uçmaq üçün cəhd etməyə ruhlandırmışdır. Lakin bu əlaqəni təsdiq edəcək bir sübut yoxdur.[4]

Bəzi mənbələrdə xatırlanan Armen Firmanın ibn Firnasın latınlaşdırılmış adı olduğu güman edilir[7]. Lakin belə bir rəy də vardır ki, Armen Firman ibn Firnasdan təxminən 20 il öncə uçmağa cəhd edərək onu ruhlandırmışdır.[3]

İddia edilir ki, 852-ci ildə Armen Firman çətirə oxşar paraşütəbənzər predmeti sınayaraq məscidin minarəsindən tullanmışdı və ibn Firnas da bunu müşahidə edənlərdən biri olmuşdur. Başqa bir mənbə isə bu cəhdi də ibn Firnasa aid edir.[8]

Əl-Məqqarinin kitabında Armen Firman adlı şəxsin adı çəkilmir.[3]

Aydakı kraterlərdən biri İbn Firnasın şərəfinə adlandırılmışdır.

  1. "Ibn Firnas ('Abbâs)" by Ahmed Djebbar, Dictionnaire culturel des science, by Collective under the direction of Nicolas Witkowski, Du Regard Editions, 2003, ISBN 2-84105-128-5.
  2. Lynn Townsend White, Jr. (Spring, 1961)
  3. 1 2 3 4 John H. Lienhard. 'Abbas Ibn Firnas // The Engines of Our Ingenuity. 1910 epizod. 2004. NPR. KUHF-FM Houstonhttp://www.uh.edu/engines/epi1910.htm (#bare_url_missing_title). (#accessdate_missing_url)
  4. 1 2 3 Lynn Townsend White, Jr. (Spring, 1961). "Eilmer of Malmesbury, an Eleventh Century Aviator: A Case Study of Technological Innovation, Its Context and Tradition", Technology and Culture 2 (2), p. 97-111 [100f.]
  5. Lynn Townsend White, Jr. (Spring, 1961). "Eilmer of Malmesbury, an Eleventh Century Aviator: A Case Study of Technological Innovation, Its Context and Tradition", Technology and Culture 2 (2), p. 97-111 [101]
  6. Abbas Ibn Firnas was the First man to tried to fly scientific way, 2019-08-01 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-04-10.
  7. "Arabic and Islamic Names of the Moon Craters MuslimHeritage 9-28-07". 2013-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-10.
  8. Flight and engineering, 2015-05-13 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2014-04-10.
  1. J.Vernet, Abbas Ibn Firnas. Dictionary of Scientific Biography (C.C.Gilespie, ed.) Vol. I, New York: Charles Scribner's Sons, 1970–1980. pg. 5.
  2. Lynn Townsend White, Jr. (Spring, 1961). "Eilmer of Malmesbury, an Eleventh Century Aviator: A Case Study of Technological Innovation, Its Context and Tradition", Technology and Culture 2 (2), p. 97–111 [100f.], DOI:10.2307/3101411.
  3. Salim T.S. Al-Hassani (ed.), Elisabeth Woodcock (au.), and Rabah Saoud (au.). 2006. 1001 Inventions. Muslim Heritage in Our World. Manchester: Foundation for Science, Technology and Civilisation. See pages 308–313. (ISBN 978-0-9555035-0-4)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]