Abbas mirzə Əbdülhüseyn mirzə oğlu Fərmanfərma (1890–1935) — İranın ədliyyə naziri.
Abbas mirzə Fərmanfərma | |
---|---|
Abbas mirzə Əbdülhüseyn mirzə oğlu Fərmanfərma | |
Digər adı | Salari-Ləşkər |
Doğum tarixi | |
Doğum yeri | Təbriz, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran, İran |
Atası | Əbdülhüseyn mirzə Fərmanfərma |
Təhsili |
|
Fəaliyyəti | dövlət qulluqçusu, siyasətçi |
Əbdülhüseyn mirzə Fərmanfərmanın ikinci oğlu Abbas mirzə 1890-cı ildə Tehran şəhərində anadan olmuşdu. Hərbi təhsil almışdı. Salariləşkər ləqəbini daşıyırdı.
Abbas mirzə Həmədanın (1915–1916), Astrabadın (1918), Kirmanşahın (1918–1919) valisi olmuşdu. 1919-cu ildən 1920-ci ilədək Ədliyyə naziri vəzifəsində çalışmışdı. 1920-ci ildən 1921-ci ilədək ictimai işlərlə məşğul olmuşdu.
Abbas mirzə Izzətüssəltənə xanım Rzaqulu xan Nizamüssəltənə Mafi qızı ilə ailə qurmuşdu. Bəhram mirzə, Bəhmən mirzə adlı oğulları, Hümay xanım, Tacülmülk xanım, Izzətülmülk xanım, Mahirə xanım adlı qızları vardı.