Abbasağa İmanov

İmanov Abbasağa Həsənağa oğlu — Azərbaycan operatoru.

Abbasağa İmanov
Doğum tarixi (77 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti Operator
Təhsili

Abbasağa İmanov 1946-cı il dekabr ayının 1-də Bakı şəhərində doğulub. 1973-cü ilə ADMİU-nun Mədəni maarif fakültəsini bitirib. 1966-cı ildən Azərbaycan televiziyasının əməkdaşıdır, operator vəzifəsində calışır. Ailəlidir iki övladı və dörd nəvəsi var. 2012-ci ildə Tərəqqi medalı ilə təltif edilib. Bir çox televiziya filimləri və tamaşalarının quruluşçu operatorudur. Dövlət əhəmiyyətli tədbirlərin işıqlandırılmasında böyük rolu olmuşdur.

  1. Pəncərədə işıq (film, 1987)
  2. Gülüş sanatoriyası (film, 1989)
  3. At ilinin birinci ayı (film, 1993)
  4. Ah, ədalət!
  5. Yağışdan sonra (film, 1998)
  6. Sənətin sönməyən ulduzu. İsmayıl Osmanlı (film, 2014)
  7. Metrampaj (tele tamaşa)
  8. Kreyser sonatası (tele tamaşa)
  9. Balaca şahzadə (tele tamaşa)
  10. Ostap Bender (tele tamaşa)
  11. Hədəf tele tamaşa)
  12. Kölgə (tele tamaşa)
  13. Aşığın arzuları (tele tamaşa)
  14. İblis qadın (televiziya film tamaşası)