Ah, ədalət! — qısametrajlı televiziya tamaşası rejissor Mirzə Əliyev tərəfindən 1997-ci ildə ekranlaşdırılmışdır. Teletamaşa Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşası azərbaycanlı şair, yazıçı, dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin həyatını əks etdirir. Teletamaşada rolları Nazir Rüstəmov, Azad Şükürov, Məleykə Məmmədova, Əfqan Soltanov, Kazım Abdullayev, Rafiq İbrahimov və Elman Təvəkküloğlu ifa edirlər.
Ah, ədalət! | |
---|---|
Ah, ədalət! | |
Janr |
qısametrajlı dram bioqrafik |
Rejissor | Mirzə Əliyev |
Əsərin müəllifi | Nafilə Abuzərli |
Baş rollarda |
Nazir Rüstəmov Azad Şükürov Məleykə Məmmədova Əfqan Soltanov Kazım Abdullayev Rafiq İbrahimov Elman Təvəkküloğlu |
Operator | Abbasağa İmanov |
Rəssam | Rəfael Əlizadə |
İstehsalçı | Azərbaycan televiziyası |
İlk baxış tarixi | 1997 |
Filmin növü | qısametrajlı televiziya tamaşası |
Müddət | 46 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 1997 |
Rəng | rəngli |
Televiziya tamaşası azərbaycanlı şair, yazıçı, dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin (Nazir Rüstəmov) həyatını əks etdirir.[1] Teletamaşada ziyalıların ona qarşı çıxışları, onun yaradıcılığını əsassız tənqid etmələri, digərlərinin isə cidd-cəhdlə onun tərəfini tutmaları, Cavidin haqsız yerə həbsi, həbsdə Mişkinaz (Məleykə Məmmədova) xanımla son görüşü, uzun illər sonra Cavidin nəşinin Azərbaycana gətirilməsi lirik şəkildə tərənnüm olunur.
Televiziya tamaşası Nafilə Abuzərlinin "Cavid" poeması əsasında ekranlaşdırılıb.[2]