Abbasağa Azərtürk

Hüseynov Abbasağa Əli oğlu (Azərtürk; 24 noyabr 1934, Astarxanbazar8 avqust 1998, Cəlilabad) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1978).

Abbasağa Azərtürk
Abbasağa Əli oğlu Hüseynov
Doğum tarixi 24 noyabr 1934(1934-11-24)
Doğum yeri
Vəfat tarixi 8 avqust 1998(1998-08-08) (64 yaşında)
Vəfat yeri
Həyat yoldaşı Xuraman
Uşaqları Ülkər, Anar, Əli, Tural
Atası Əli
Anası Ürfət
Təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti
İxtisası Dil-ədəbiyyat müəllimi
Fəaliyyəti Şair, pedaqoq

Abbasağa Azərtürk 1934-cü il noyabr ayının 24-də Cəlilabad şəhərində anadan olmuşdur.

Ədəbi fəaliyyətə 60-cı illərdən başlamışdır. İlk mətbu şeiri 1964-cü ildə çapdan çıxmışdır.

İlk kitabı "Atlılar" 1964-cü ildə işıq üzü görmüşdur. "Mənim qismətim", "Od oğlu", "Anama minnətdaram", "Cəlilabad dastanı", "Qaraçı nəğmələri" və "Qaya sükutu" kimi kitabların müəllifidir. Bu kitablarda toplanan şeir və poemalardan odlu-alovlu bir şairin vətəndaşlıq, azadlıq, insan və gözəllik haqqında bədii təsvir vasitələri ilə zəngin ürək sözləri toplanmışdir.

Abbasağa Azərtürk fəhləlikdən şeirə gələn şairlərdəndir. "Qaradağneft" mədənində operator köməkçisi, əsaslı təmir, geoloji-kəşfiyyat, baş tikinti idarələrində, şin və gəmi təmiri zavodlarında fəhlə işləmişdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil və ədəbiyyat fakultəsini bitirmişdi, 1968-ci ildən ömrünün sonunadək Cəlilabad şəhərindəki 7 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi olmuşdur. Abbasağa Azərtürk həm klassik, həm də müasir janrlarda özünəməxsus, orijinal şeirlər yazırdı.

8 avqust 1998-ci ildə Cəlilabad şəhərində vəfat etmişdir.

  1. Atlılar. Bakı: Azərnəşr, 1966, 30 səh.
  2. Mənim qismətim. Bakı: Azərnəşr, 1970, 80 səh.
  3. Od oğlu. Bakı: Gənclik, 1978, 85 səh.
  4. Anama minnətdaram. Bakı: Yazıçı, 1978, 177 səh.
  5. Cəlilabad dastanı (şeirlər və poemalar). Bakı: Yazıçı, 1988, 136 səh.
  6. Qaraçı nəğmələri. Bakı: Yazıçı, 1993, 235 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]