Abbasqulu xan Şəhamülmülk Bayat

Bu məqalə Abbasqulu xan Şəhamüddövlə Bayat haqqındadır. Bayatın digər istifadələri üçün Bayat səhifəsinə baxın.

Abbasqulu xan Əliqulu xan oğlu Bayat (1874-?)—Bayat elindən olan siyasətçi, ictimai xadim.

Abbasqulu xan Şəhamülmülk Bayat
Abbasqulu xan Əliqulu xan oğlu Şəhamülmülk Bayat
Doğum tarixi
Doğum yeri Ərak, İran
Vəfat yeri Ərak
Atası Əliqulu xan Səmsamülmülk Bayat
Fəaliyyəti siyasətçi

Abbasqulu xan Əliqulu xan oğlu 1874-cü ildə Sultanabad şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şəhamülmülk ləqəbini daşıyırdı.

Abbasqulu xan Şəhamülmülk İran Milli Məclisinin üzv idi.

Abbasqulu xanın Məhəmməd Musaddıqın bacısı ilə ailə qurmuşdu. Mürtəzaqulu xan, Mustafaqulu xan, İzzətulla xan adlı oğlanları vardı.

  • Ənvər Çingizoğlu, Bayat eli və tanınmış simaları, "Soy" dərgisi, Bakı, 2011, səh.32-45.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]