Mustafa İzzət Baqi və yaxud da bilinən adı ilə Abdülbaqi Gölpınarlı (12 yanvar 1900[2], Konstantinopol – 25 avqust 1982[2], İstanbul) — Azərbaycan əsilli Türkiyə ədəbiyyat tarixçisi, tərcüməçi və alim. Xüsusən Sufizmi, divan ədəbiyyatını, İran ədəbiyyatını araşdırmışdır.[3] Türkiyənin ən böyük sufizm araşdırmaçısı hesab edilir.[4]
Abdülbaqi Gölpınarlı | |
---|---|
Mustafa İzzət Baki | |
| |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | İstanbul, Türkiyə |
Dəfn yeri | |
Vətəndaşlığı | Türkiyə |
Elm sahələri | İslam, Ədəbiyyat |
Elmi dərəcəsi |
Atası Əhməd Agah Əfəndi əslən azərbaycanlı və Gəncənin Gölbulaq kəndindən idi və anası Aliyə Şöhrət Xanım qafqaz əsilli olan ubıxlardan idi.[3]
Jurnalist olan atası Əhməd Agah Əfəndi Mevlevi idi. Gelenbevi məktəbində son sinifdə olarkən atasını itirmişdir. Bundan sonra təhsilinə ara vermiş və işləməyə başlamışdır. İstanbuldakı Vezneçilərdə kitabçılıqla məşğul olmuşdur. Çorumun Alaca bölgəsindəki Mənbə-i İrfan ibtidai məktəbində müəllimlik və idarəçilik etmişdir. 1922-ci ildə İstanbula dönmüş, imtahanla son sinfinə girdiyi İstanbul kişi Müəllim Məktəbini, ardından da İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Türk dili və Ədəbiyyatı bitirmişdir. 1930-cu ildə Professor Köprülüzadə Fuad bəyin rəhbərliyində hazırladığı "Məlamilik və Məlamilər" mövzusunu müdafiə edərək məzun olmuşdur. Ədəbiyyat müəllimi olaraq Konya, Kayseri, Kastamonu, Balıkesir və İstanbul Heydərpaşa liseylərində işləmişdir. Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsində farscadan mühazirələr vermişdir. Doktorantura təhsilini aldıqdan sonra eyni fakültədə Mətinlər şərhindən mühazirə demişdir. İstanbul Universiteti Ədəbiyyat fakültəsində İslam-Türk Təsəvvüh tarixi və Ədəbiyyat fənnlərindən dərslər vermişdir. 1945-ci ildə Türk Cəza Qanununun 142-ci maddəsinə qarşı davrandığı iddiasıyla həbs edilmiş, 10 ay həbsdə qaldıqdan sonra bəraət almış və vəzifəsinə geri dönmüşdür. 1949-cu ildə öz istəyi ilə təqaüdə ayrılmışdır.[5]
27 may 1960-cı ildəki hərbi çevrilişi nəticəsində universitetdən uzaqlaşdırılan və 147-lər adlanan alimlər arasında idi.
1931-ci ildə nəşr etdirdiyi "Məlamilik və Məlamilər" adlı əsəriylə məşhurlaşan Gölpınarlı Türkiyyət məcmuası, İstanbul Universiteti İqtisadiyyat məcmuası ilə yanaşı müxtəlif jurnal və qəzetlərdə çox sayda elmi məqalələr yayımlamışdır. İslam Ensiklopediyası ilə Türk Ensiklopediyasının müxtəlif maddələrini yazmışdır. Divan ədəbiyyatını tənqidi olmaqdan əlavə, ideoloji yanaşma ilə dəyərləndirdiyi irəli sürülən Divan ədəbiyyatı beyannıdadır adlı kitabı ilə böyük mübahisələrə səbəb olmuşdur.[6]
A. Gölpinarlı M. Füzulinin "Səhhət və Mərəz" əsərini yenidən tərcümə etmiş, 1940-cı ildə fransız dilində yazılmış 4 səhifəlik xülasə ilə İstanbul Universitetinin Tibb Tarixi İnstitutunun Elmi məcmuəsində dərc etdirmişdir.
A. Gölpinarlı Türkiyənin təhsil sistemində bir neçə dərslik müəllifi kimi də tanınır. O, "İmtahan. Monoloq" (1925), "Mühasibati-Əxlaqiyyə" (1926–1927), "Yurd bilgisi" 4-cü sinif (1927), "Yurd bilgisi" –V sinif- (1927–1928), "Cümhuriyyət çocuğunun din dərsləri (Səbri Eşatlı ilə birlikdə)----III, IV, V siniflər-(1928) dərslikləri" və s. ilə türk məktəblilərinin təfəkkürünü və mütaliə dairəsini xeyli genişləndirmişdir.