Abdişo bar Berika və ya Ebed İeşu (klass. süry. ܥܒܕܝܫܘܥ ܕܨܘܒܐ; təq. 1250, Nüseybin – 1318 və ya noyabr 1318) — orta əsr süryani yazıçısı,[1] Nestorian ilahiyyatçısı, Nüseybin mitropoliti. Nüseybində anadan olmuşdur.[2] Müqəddəs yazıların, yunan və süryani kilsə atalarının biblioqrafiyasını tərtib etmişdir. Məhəmməd Həririnin "Adəmin cənnəti" məqamələrin təqlidi olan "Cavahirat kitabı" fəlsəfi və teoloji essesi də teoloji məzmunla doludur. O, "Kormçaya" kitabının yeni nəşrini və kilsə qanunları məcəlləsini yazmışdır. O, bidət və doqmatizmin fəal əleyhdarı idi.[3] Abdişo həmçinin, metrik formada mətnlər, o cümlədən müəllif kataloqu yazmışdır. Bunlar Suriya ədəbiyyatı tarixində mühüm rol oynamışdır.[4]
Abdişo bar Berika | |
---|---|
Doğum tarixi | təq. 1250 |
Doğum yeri | |
Vəfat tarixi | 1318 və ya noyabr 1318 |
Fəaliyyəti | rahib, yazıçı |
Əsərlərinin dili | süryani dili |