Süryani dili və ya Suriya dili (ܠܫܢܐ ܣܘܪܝܝܐ leššānā sūryāyā) – Mesopotamiya və Şərqi Ərəbistanda tarixən danışılan, Orta Arami dilinin bir dialekti.[2] I əsrdən öncə əlifbası yox idi lakin 5 əsr boyu danışıq dili olmuşdur[3]. IV-VIII əsrlər arasında Yaxın Şərqin əsas dili olmuşdur.[4] Süryani əlifbası ilə yazılır.
Süryani dili | |
---|---|
Orijinal adı | ܠܫܢܐ ܣܘܪܝܝܐ |
Ölkə | |
Təsnifatı | |
Yazı | süryani əlifbası[d] |
Dil kodları | |
QOST 7.75–97 | сир 602 |
ISO 639-1 | — |
ISO 639-2 | syc |
ISO 639-3 | syc |
Ethnologue | syc |
IETF | syc |
Glottolog | clas1252 |
Vikianbarda əlaqəli mediafayllar |
Süryani dili şərq xristianlığının qorunmasında əsas faktor olmuş, kilsə dili halına gəlmişdir. Süryani Pravoslav Kilsəsi, Assuriya Şərq Kilsəsi, Nestorian Şərq Kilsəsi, Kəldani Katolik Kilsəsi, Müqəddəs Foma xristianları və Assuriya Əllincilər Kilsəsinin kilsə dilidir. İlk dəfə Assuriya və Akkad imperiyaları bölgəsində yayılmış və Assuriya kilsəsi sayəsində indiki halına gəlib çıxmışdır. Məhz xristianlıq sayəsində Hindistanın Kerala bölgəsinə, Orta Asiyaya və Yaxın Şərqə yayılmışdır. Böyük Britaniyada, Adrian divarında Romalı assuriya əsilli əsgərlərin Süryani dilində yazdığı yazılar tapılmışdır.[5]
Süryani dilinin inkişafı mərhələləri:
İlk dəfə Qədim Arami dilinin dialekti olaraq Assuriya hökmdarı III Tiqlatpalasar dövründə (e.ə. 745-727) , dövlət dili olaraq isə ilk dəfə e.ə.132-ci ildə Osroenada istifadə olunmağa başlanmışdı.
III əsrdən başlayaraq artıq Edessa kilsələrində Süryani dili kilsə dili olaraq istifadə olunurdu. Süryani dilində yazılmış Bibliya versiyasının adı Peşitta (ܦܫܝܛܬܐ) adlanır. Müqəddəs Efrem Süryani dilində toplu dini əsərlərin ən məşhur müəllifidir. Nestorian küfrünün baş verməsindən sonra dil zamanla Şərqi Süryani dili və Qərbi Süryani dili olaraq ayrılmışdır. İslamın yayılması ilə əlaqədar olaraq ərəb dili onu əvəz etmiş, danışıq dili olaraq sadəcə Şimali İraqda qalmışdı.
Hazırda İraqda rəsmi statusa malik azlıq dili kimi tanınır.[6]İraq, İsrail, İsveç və Keralada məktəblərdə tədris olunur.[7] Türkiyədə Süryani dilində tədris verən uşaq bağçası fəaliyyət göstərir.[8] Azərbaycanda da danışılır.[9]
Dil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |