Abdulhey Çoban

Əbdülhey Çoban (d. 1975 – ö. 12 iyun 2014 İstanbul) — Qurdlar Vadisi teleserialında Kənan Çoban tərəfindən canlandırılan uydurma personaj.[1]

Əbdülhey Çoban
türk. Abdülhey Çoban
Qurdlar Vadisi personajı
İlk görünmə Qurdlar Vadisi 30-cu bölüm
Son görünmə Qurdlar Vadisi Pusqu 229-cu bölüm
Yaradan Raci Şaşmaz, Məhməd Turqut[d]
Canlandıran Kənan Çoban
Səsləndirən Qədir Çermik (əsasən)
Əngin Yüksəl (bəzi bölümlər)
Doğum tarixi 1975
Ölüm tarixi 12 iyun 2014,
İstanbul
Kod adı Əqrəb
Məlumat
Tam adı Zülfü Yüksəl
Ləqəb(lər)i Əbdül
Cinsi kişi[d]
Peşə Dövlət qulluqçusu
Əlaqələri Polad Ələmdar
Məmati Baş (öldü)
Ərxan Ufuk
Cahid Qaya
Qara (öldü)
Akif Dəvəçi (öldü)
Aslan Akbəy (öldü)
Həyat yoldaşı Qayə Əraslan
Dini İslam
Milliyyəti Türk

Səsləndirmə[redaktə | mənbəni redaktə et]

Oynadığı ilk səhnədə səsləndirməni özü etmişdi. Lakin sonradan personajı Qədir Çermik səsləndirməyə başladı. Bir müddət Qədir Çermiklə anlaşıla bilinməməsinə görə Qurdlar Vadisində bir neçə bölüm Əngin Yüksəl tərəfindən səsləndiridi, daha sonra yenidən Qədir Çermiklə yola davam edildi.

Qurdlar Vadisində Əbdülhey[redaktə | mənbəni redaktə et]

"KGT" (Kamu Güvenliği Teşkilatı) adlı çox məxfi kəşfiyyat təşkilatının üzvüdür. Əsl adı Zülfü Yüksəldir. Kəşfiyyatda kod adı "Əqrəb"dir. KGT-nin ikinci nömrəli adamıdır. Elazığlıdır. Uşaqlıqdan dövlət tərəfindən böyüdülüb və Şimali İraqda Ömər qəbiləsinin içinə yerləşdirilib. Daha sonra Aslan Akbəy tərəfindən İstanbula çağırılıb və Polad Ələmdarı qoruması üçün yanına yerləşdirilib. Adı ərəbcədir və orijinal forması "Abd al-Hayy"dır və "canlı/həyatı verən (əl-Hayy) qulu" mənasını verir.

Bir müddət sonra ona "KGT" agenti olan və mafiya quruluşuna sızmış Polad Ələmdar adlı adamı qoruyacağı son vəzifəsi verildi. Vəzifəsinə görə Polad Ələmdarın qarşısına zibilçi kimi çıxdı. Bu hadisədən sonra Polad Ələmdar və Əbdülhey çox yaxşı dost oldu.

Qurdlar Vadisi Pusquda Əbdülhey[redaktə | mənbəni redaktə et]

"Qurdlar Vadisi" əməliyyatı bitdikdən sonra sol əli olaraq Polad Ələmdarın yanında qaldı. Bir dəfəsində aralarına girib sonradan tərəf dəyişdirmiş olan Hakan və Amerika agentləri tərəfindən işgəncə altında dindirilmiş (Qurdlar Vadisi Pusqu 18-ci bölüm), başqa bir dəfə Aron Feller tərəfindən beyninə dərman verilmiş, yaddaşını itirmiş və Hakanında xidmət etdiyi İsgəndər Böyükə xidmət etmişdir. Daha sonra xilas edilmiş və Doktor Qayə Əbdülheyi müalicə etmişdir. Lakin sonra Polad Ələmdar yaddaşını bərpa edə bilmişdir. Bundan başqa, Əbdülhey (Zülfü Yüksəl) komandanın sakit üzvlərindən biridir, əməliyyatlarda ehtiyatlıdır. Düşünərək hərəkət edir, emosiyalarını çox yaxşı göstərmir və Məmati Başın ölümündən sonra Polad Ələmdarın sağ əli olur. Polad Ələmdarın sirri bildiyi üçün öldürüldüyünü düşünür və bu səbəbdən böyük bir depressiyaya girir. Ancaq Polad Ələmdar ölməmişdir.

Yeni ağsaçlı olan Polad Ələmdar Əbdülheyi naib təyin edir və bir müddət sonra qarşısına çıxır. Əbdülhey yaşadığını gizlədən Polada əsəbiləşir və təkliflərini qəbul etmir. Daha sonra barışıb komandaya qayıdır. əbdülhey "Ağsaqqallar" və "KGT"dəki bütün vəzifələrini atıb özünə yeni həyat qurmaq istəyir. Dövlət işlərindən uzaqlaşdıqdan sonra Əbdülhey Qayə ilə evlənir. Amma sonradan etdiyinə peşman olub yenidən Poladın yanına qayıdır.

Ölümü[redaktə | mənbəni redaktə et]

229-cu bölümdə Mr. Keynin ofisə qoyduğu bombanı görəndə bombanı əlinə alıb uzaqlaşdırmağa çalışır. Lakin o sırada Mr. Keyn bombanı partladır və Əbdülhey ölür.[2] 234-cü bölümdə Akif, Mr. Keynin xəstəxana otağına gəlir və otaqdakı oksigen borusunu partladır. Beləliklə, o, Əbdülheyin qisasını alır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Kurtlar Vadisi eski kanalına döndü!". turkiyegazetesi.com.tr (türk). 14 may 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2020.
  2. "Kurtlar Vadisi'nden Abdülhey de ayrıldı". milliyet.com.tr (türk). 8 avqust 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2020.