Raci Şaşmaz

Tayyar Raci Şaşmaz (30 oktyabr 1973, Elazığ, Türkiyə) — Zaza kökənli Türkiyəli prodüser, ssenaristaktyor.

Raci Şaşmaz
türk. Raci Şaşmaz
Doğum tarixi 30 oktyabr 1973(1973-10-30)[1] (49 yaş)
Doğum yeri
Milliyyəti Zaza
Vətəndaşlığı
Fəaliyyəti prodüser
ssenarist
aktyor
Fəaliyyət illəri 1998–h.h.
IMDb ID1699094

Həyatı və karyerası[redaktə | mənbəni redaktə et]

Zaza kökənlidir. Mərmərə Universiteti Radio və Televiziya fakültəsini bitirib. Rejissoru Osman Sınav olan Deli Yürek serialının ssenaristi oldu. 2001-ci ildə ilk filmi olan Deli Yürek Bumerang Cehenneminin ssenarisini qələmə aldı. Ardından məşhur serial Kurtlar Vadisini yazmağa başladı. 2004-cü ildə öz istehsal şirkəti olan Pana Filmi quraraq, Kurtlar Vadisi serialının ssenaristliyi ilə birlikdə prodüserliyinidə ələ keçirdi. Ekmek Teknesi, Eşref Saati, Kurtlar Vadisi Terör, Kurtlar Vadisi Pusu serialları ilə yanaşı Muro, Kurtlar Vadisi Irak, Kurtlar Vadisi Gladio, Kurtlar Vadisi Filistin filmlərinə imzasını atdı.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Filmlər[redaktə | mənbəni redaktə et]

İl Adı İstehsal şirkəti Fəaliyyəti
2001 Deli Yürek Bumerang Cehennemi Sinegraf Ssenari müəllifi
2006 Kurtlar Vadisi Irak Pana Film Ssenari müəllifi, Prodüser
2008 Muro: Lanet Olsun İçimdeki İnsan Sevgisine Pana Film Ssenari müəllifi, Prodüser
2009 Kurtlar Vadisi Gladio Pana Film Ssenari müəllifi, Prodüser
2011 Kurtlar Vadisi Filistin Pana Film Ssenari müəllifi

Seriallar[redaktə | mənbəni redaktə et]

İl Adı İstehsal şirkəti Fəaliyyəti
1998-2002 Deli Yürek Sinegraf Ssenari müəllifi
2002-2005 Ekmek Teknesi Sinegraf,

Pana Film

Ssenari müəllifi, Prodüser
2003-2005 Kurtlar Vadisi Sinegraf,

Pana Film

Ssenari müəllifi, Prodüser,

Qonaq aktyor (1-ci bölüm)

2007 Kurtlar Vadisi Terör Pana Film Ssenari müəllifi, Prodüser
2007-2014 Kurtlar Vadisi Pusu Pana Film Ssenari müəllifi, Prodüser
2007-2008 Eşref Saati Pana Film Ssenari müəllifi, Prodüser
2015-2020 Eşkıya Dünyaya Hükümdar Olmaz ATV Ssenari müəllifi, Prodüser

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Raci Sasmaz // Česko-Slovenská filmová databáze (çeş.). 2001.