Abdulla Mustafa oğlu Ələkbərov (1912 – 1981) — Biologiya elmləri doktoru, professor.
Abdulla Ələkbərov | |
---|---|
Doğum tarixi | |
Vəfat tarixi | |
Vətəndaşlığı | SSRİ Azərbaycan |
Elm sahəsi | Herpetologiya |
Elmi dərəcəsi | Biologiya elmləri doktoru |
Elmi adı | Professor |
İş yerləri | BDU Onurğasızlar və onurğalılar zoologiyası kafedraları |
Təhsili | ADPU |
Mükafatları | «Qırmızı ulduz, «Şərəf nişanı» ordenləri və bir sıra medallar |
Abdulla Ələkbərov 1912-ci ildə anadan olmuş, Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil almışdır. A.Ələkbərov 1946–1967-ci ildə illərdə AMEA-nın Zoologiya İnstitutunda baş elmi işçi vəzifəsində çalışmış, namizədlik və doktorluq dissertasiyalarını Leninqrad Dövlət Universitetində müdafiə etmişdir. Abdulla Ələkbərov 1967-ci ildən ömrünün sonlarınadək Bakı Dövlət Universitetində tədris işləri üzrə prorektor, Biologiya fakültəsinin dekanı, Onurğasızlar və onurğalılar zoologiyası kafedralarının müdiri vəzifələrində çalışmışdırvə Şərəfsidir
Abdulla Ələkbərovun əsas tədqiqat sahəsi herpetologiyadır. Onun "Azərbaycanın suda-quruda yaşayanları və sürünənləri" (1978) adlı monoqrafiyası (rus dilində) nəşr olunmuşdur. A.Ələkbərov 80-ə qədər elmi məqalənin müəllifidir, 10 nəfər biologiya elmləri namizədi hazırlamışdır. Abdulla Ələkbərov "Qırmızı ulduz", "Şərəf nişanı" ordenləri və bir sıra medallarla təltif olunmuşdur.[1]