Abbasov Abdulla Əsgər oğlu (Abdulla Abbas 9 mart 1930, Quba – 23 fevral 2021, Bakı) — ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru (1976), professor (1977).
Abdulla Abbasov | |
---|---|
Əsgər oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Quba, Azərbaycan SSR |
Vəfat tarixi | (90 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Elm sahələri | ədəbiyyatşünas, tənqidçi |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
Mükafatları |
Abdulla Abbas 1930-cu il martın 9-da Quba şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Quba Dövlət Müəllimlər İnstitutunda təhsil almışdır (1948–1950). Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1950–1955).
Əmək fəaliyyətinə Quba şəhər orta məktəbində müəllim kimi başlamışdır. Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olmuş (1962–1964), müasir ədəbi proses mövzusunda dissertasiya müdafiə etdiyinə görə fılologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür (1965).
Hazırda Azərbaycan Dövlət Universitetinin çağdaş Azərbaycan ədəbiyyatı kafedrasında çalışır (1970-ci ildən). Eyni zamanda Ali İctimai-Siyasi Kollecin filologiya fakültəsinin dekanıdır (1995-ci ildən). Azərbaycan ədəbiyyatı tarixinə dair mühazirələr oxuyur, elmi tədqiqatla ardıcıl məşğul olur. Uzun illər filologiya fakültəsinin ixtisaslaşdırılmış müdafıə şurasının və elmi-pedaqoji şuranın üzvü olmuşdur.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya şurasının üzvüdür (1997). Dövri mətbuatda elmi-nəzəri məqalələrlə çıxış etmişdir. Müasir yazıçılar barədə oçerklər, ədəbiyyat tarixinin az öyrənilmiş sahələri yaradıcılığında əsas yer tutur. "Üzeyir Hacıbəyovun sənətkarlığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1976). "Azərbaycan sovet ədəbiyyatı" dərsliyinin şərikli müəllifıdir (1988).
30 oktyabr 2009-cu il Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Əməkdar Müəllim" fəxri adı ilə təltif olunub.
23 fevral 2021-ci ildə vəfat etmişdir[1].