Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Əfəndiyev Abdulla Musa oğlu (24 aprel 1907, Potu, Göyçay qəzası – 1944) — şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.[1]
Abdulla Faruq | |
---|---|
Abdulla Musa oğlu Əfəndiyev | |
Doğum tarixi | 24 aprel 1907 |
Doğum yeri | |
Vəfat tarixi | 1944 |
Fəaliyyəti | şair |
Abdulla Faruq Vikimənbədə |
Abdulla Faruq 1907-ci il aprelin 24-də Azərbaycanın indiki Göyçay rayonundakı Potu kəndində əkinçi ailəsində doğulmuşdur. İlk təhsilini Göyçayda almış (1917-1921), sonra Bakı müəllimlər seminariyasına göndərilmişdir. Oranı bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuşdur (1925). Lakin onu ADU-nun pedaqoji fakültəsinə dəyişirlər. Burada ictimai-tarix şöbəsini qurtarır. Göyçay rayonunda pedaqoji fəaliyyətə başlayır. Sonra Bakı məktəblərində müəllimlik edir. ADU-nun hazırlıq kurslarında və şəhər məktəblərində ictimaiyyət fənnindən dərs keçir. Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almaq üçün Moskvaya ezam olunur (1930). Ailə vəziyyətinə görə bir ildən sonra Bakıdakı Azərbaycan Dövlət ELmi-Tədqiqat İnstitutuna dəyişilir (1931-1932). Eyni zamanda, ali məktəblərin fəhlə fakültələrində, "Kommunist" qəzeti redaksiyasında işləyir. Nərimanov adına texnikumda müəllim, maarif şöbəsində pedaqqji kabinetin müdiri olur (1933-1934). "Qızıl Şərq" mətbəəsində Baş mətbuat idarəsinin nümayəndəsi işlədiyi il (1934) Sovet Ordusuna xidmətə çağınlır. Sonra (1936-cı ilədək) Baş mətbuat idarəsində çalışır. Qısa fasilələrlə "Ədəbiyyat qəzeti" və "Şərq qadını" jurnalları redaksiyalarında, Azərnəşrdə işləyir. İkinci dünya müharibəsi dövründə kiçik leytenant rütbəsində cəbhədə iştirak edir (1942-1943). "Sovet Gürcüstanı", "Qızıl əsgər" cəbhə qəzeti səhifələrində mübariz şeirləri dərc olunur. "Qara Məmməd" (5 pərdəli 15 şəkilli) mənzum pyesini, "Otuz qəhrəman" poemasını bu dövrdə qələmə alır. N.A.Nekrasov, İ.Franko və digər sə-nətkarların əsərlərini tərcümə edir. 1944-cü ildə Taqanroq ətrafında döyüşlərdə həlak olmuşdur.
Həyatdan erkən gedən şairin ədəbi irsi ilk dəfə 1989-cu ildə "Sahilsiz qəlbimin dalğaları" adlı kitabda toplanıb.
1930-cu illərdə, sovet rejiminin ən sərt dövründə latın əlifbasından kirilə keçidi tənqid edərən A.Faruq əsl ziyalı mövqeyi ortaya qoyub. Əlifba islahatı ilə bağlı etirazına görə cəzalandırmaq üçün Böyük Vətən Müharibəsinin başlandığı ilk günlərdəcə sovet rejimi onu cəbhəyə göndərir.
Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində şairin bioqrafik məlumatı ilə birlikdə "Üfüqlər qızaranda", "Mübarizə yollarında", "Dalğalar", "Talış dağları", "Yarış", "Qartallar", "Qızıl əsgər" kitabları mühafizə olunur.