Abdulla bəy Kərim bəy oğlu Məlikaslanov (1870, Tuğ, Şuşa qəzası – 1950) — Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, Azərbaycan SSR Əməkdar Müəllimi.
Abdulla bəy Məlikaslanov | |
---|---|
Abdulla bəy Kərim bəy oğlu Məlikaslanov | |
Doğum tarixi | |
Doğum yeri | Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Həyat yoldaşı | Bilqeyis xanım |
Uşaqları | Abbas bəy, Arif bəy, Kərim bəy, Suruş xanım, Şəfiqə xanım, Rəfiqə xanım, Balış xanım və Məhbubə xanım |
Atası | Kərim bəy |
Fəaliyyəti | pedaqoq |
Mükafatları |
Abdulla bəy Kərim bəy oğlu 1870-ci ildə Şuşa qəzasının Tuğ kəndində anadan olmuşdu. Tuğ kənd məktəbini bitirmişdi. Sonra Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında oxumuşdu.
1909–1910-cu ildə Qarğabazar kənd məktəbində, sonra Qubadlı kənd məktəbində müəllim işləmişdi. Sonra Qaryagin (indiki Füzuli) məktəbinə dəyişilmişdi. SSRİ dönəmində Azərbaycan SSR Əməkdar Müəllimi fəxri adına layiq görülmüşdü. Lenin ordeni ilə təltif edilmişdi.[mənbə göstərin]
Abdulla bəy Məlikaslanov 1950-ci ildə vəfat edib.
Abdulla bəy Bilqeyis xanımla ailə qurmuşdu. Abbas bəy, Arif bəy, Kərim bəy adlı oğlanları, Suruş xanım, Şəfiqə xanım, Rəfiqə xanım, Balış xanım və Məhbubə xanım adlı qızları vardı.