Abdulla və Cahan – Azərbaycan məhəbbət dastanı. Şirvanlı Aşıq Abdullanın (XVII əsr) həyatı və şeirləri əsasında yaranmışdır. Müxtəlif variantları var. Məhəbbət dastanlarına xas olan ənənəvi süjetə malikdir. Dastanın qısa məzmununu və şeirlərindən bir qismini H.Əlizadə "Aşıqlar" kitabında (h.1, 1935), qazaxlı Aşıq Məmmədyardan toplanmış variantını isə Ə.Axundov və M.H.Təhmasib nəşr etdirmişlər. Dastanın başqa bir variantını 1971–1972-ci illərdə Türkiyədə nəşr etdirən türk aşığı Lütfi Aydanın ehtimalına görə, bu dastan uzun müddət Şirvanda və Dağıstanda yaşamış Xəstə Qasım tərəfindən Aşıq Abdullanın şeirləri əsasında yaradılmışdır.