Aşıq Abdulla

Aşıq Abdulla — XVII əsr aşıqlarından biri.[1]

Aşıq Abdulla
Doğum tarixi XVII əsr
Vəfat tarixi XVII əsr
Vikimənbənin loqosu Aşıq Abdulla Vikimənbədə

Doğum və ölüm tarixi dəqiq bilinməyən Aşıq Abdulla XVII əsr aşıqlarındandır. Haqqında yalnız xalq rəvayətlərindən və günümüzə gəlib çatan "Cahan və Abdulla" dastanından məlumat əldə etmək mümkündür.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Əsasən 8 və 11 hecalı şeirlər yazan Abdullanın bizə bir neçə gəraylısı və qoşması məlumdur. O, bu şeirlərində fələkdən, taledən, sevgilisindən şikayət edir. Aşıq haqqında olan və onun həyatından bəhs edən "Cahan və Abdulla" dastanı Türkiyənin Qars, İqdır kimi bölgələrində də geniş yayılmışdır.

  • İnayet Akyüz; İğdır Azerilerinin Halk Edebiyatı Örnekleri, Erzurum 1968, 84–88; 148, (Mezuniyet Tezi)
  • Paşa Əfəndiyev, Xalqın Söz Xəzinəsi, Bakı 1985,240–241.
  • Hümmət Əlizadə; Azərbaycan Aşıqları II, Bakı 1930,61–66.
  • Aşıqlar, Bakı 1960,33–39.
  • Ahmet Tekin; "Azerbaycan Halk Edebiyatından Derlemeler", Azerbaycan, 2 (1/13) nisan 1953, 12; 2(4/16) Temmuz 1953,16.
  1. "Aşıq təcnisləri" (şeir antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, 2022.