Abdullah Nimar Dərviş

Şeyx Abdullah Nimar Dərviş (1948[1], Kafr-Qasim[d], Mərkəz dairəsi14 may 2017[1]) — İsraildə İslam hərəkatının banisi.

Abdullah Nimar Dərviş
Doğum tarixi 1948[1]
Doğum yeri
Vəfat tarixi 14 may 2017(2017-05-14)[1]
Fəaliyyəti siyasətçi

Dərviş 1948-ci ildə Kafr Qasimdə anadan olub. Nablusda dini təhsilini başa vurduqdan sonra Kafr Qasimə qayıdır və İslama və İslam ənənələrinə qayıtmağı təbliğ etməyə başlayır. Ardınca 1971-ci ildə İsraildə İslam hərəkatını qurur.

1979-cu ildə Dərviş Üsrət əl-Cihad ("Cihad ailəsi") adlı yeraltı təşkilat qurur. Məqsəd "Fələstində ərəb-islam dövləti" yaratmaq idi. İki il sonra bir neçə tərəfdaşı ilə birgə tutulur və terrorçu təşkilata üzvlükdə ittiham edilirlər. 1985-ci ilədək həbsdə qalan Dərviş İsrail və Fələstin Xalq Azadlıq Cəbhəsi Baş Komandanlığı arasında bağlanmış Cibril Sazişinə əsasən azadlığa buraxılır.[2]

1985-ci ildə azad edildikdən sonra Şeyx Dərviş ictimai fəal olmağa və zorakı fəaliyyətdə iştirak edən İsrail ərəblərinə qarşı çıxmağa başladı. 1992-ci ildə üç İsrail əsgərinin bir qrup İsrail ərəbləri tərəfindən öldürülməsini açıq şəkildə qınadı.[3]

Sonrakı illərdə fəaliyyətinə İsraildəki İslam hərəkatının Cənub şöbəsinin mənəvi lideri olaraq davam etdi. O, müsəlmanlar, yəhudilər və xristianlar arasında dinlərarası dialoqu təşkil edən bir təşkilatın sədri olmuşdur. Dərviş hüququn aliliyinə, İsrail dövlətinə və onun institutlarına inteqrasiyaya sadiq olduğunu bildirdi. 2001-ci ildə İsrail qəzetlərinin birinə müsahibəsi zamanı Dərviş belə bir fikir bildirmişdi:

Hüquq pozuntusuna əsaslanan hərəkatın qurucuları bizləri təmsil etmir. Buna baxmayaraq, İordan çayının qərb sahiliQəzzə zolağında hüququn aliliyi yoxdur, aradan qaldırılmalı olan işğal var və hörmət ediləcək dövlət mövcud deyil. Buna görə də bacardıqları şəkildə yüksələn fələstinliləri və ya livanlıları başa düşürəm… İşğala məruz qalsaydım, mən də belə yüksələrdim. Lakin Yaşıl Xətt sərhədlərində olduğum müddətdə dövlətin bir hissəsi olduğuma qərar verdiyim anda Knessetdəki nümayəndələrimlə birgə qanuna tabe oluram - bu da İsrail dövlətini tanıdığıma sübutdur. Mənim də özümü mental olaraq işğal altında qalmış kimi hiss etməyimə baxmayaraq, dünya bunu görmür.[4]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

2005-ci ildə qardaşının ölümündən sonra Dərviş müsəlmanların tibbi məqsədlər üçün orqan bağışlamasına icazə verən dini qərar qəbul edir.[5]

14 may 2017-ci ildə 69 yaşında vəfat edir.[6][7]

  1. 1 2 3 4 Abdullah Nimar Darwish // https://historygreatest.com/abdullah-nimar-darwish-israeli-political-activist-and-religious-leader-died-at-69.
  2. "The Islamic Movement in Israel". Jaffe Center for Strategic Studies: Strategic Assessment. Tel-Aviv University. February 2000. October 24, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-04-29.
  3. Clyde Haberman. "4 Israeli Arabs Are Held in Ax Killing of 3 Soldiers". New York Times. 1992-03-05. İstifadə tarixi: 2008-04-29.
  4. Eti Abramov. "In the Name of the Qu'ran". Iton Tel-Aviv (In Hebrew).
  5. Ra'anan Ben Tsur. "Religious Ruling: Muslims Permitted to Donate Organs" (Hebrew). Ynet. 2017-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-04-29.
  6. "Founder of Islamic Movement in Israel dies". i24News (ingilis). 14 May 2017. 18 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 May 2017.
  7. "Founder of Islamic movement in Israel dies". Anadolu Agency. 2017-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-11.