Abdullah Rza Ərgüvən (türk. Abdullah Rıza Ergüven; 1925 – 16 avqust 2001, İsveç) — türk ozan, yazıçı, oçerkist, tənqidçi və düşüncə alimi.
Abdullah Rza Ərgüvən | |
---|---|
Doğum tarixi | 1925 |
Doğum yeri | Avanos, Nevşəhər ili, Türkiyə[1] |
Vəfat tarixi | 16 avqust 2001 |
Vəfat yeri | İsveç[1] |
Fəaliyyəti | ədəbiyyat tənqidçisi, universitet müəllimi[d], yazıçı |
1952-ci ildə İstanbul Universitetinin Türkologiya şöbəsini bitirdikdən sonra bir dövlət qurumunda işləyərkən müxtəlif təzyiqlər nəticəsində işini tərk etdi.[2] 1967-ci ildə İsveçə gedərək 1968 və 1971 illəri arasında isveç dilini öyrənmişdir. 1972 ilə 1977 illəri arasında tərcüməçilik etdikdən sonra, 1978-1990-ci illər arasında Stokholm Universitetində müəllim, türkoloq və araşdırmaçı olaraq çalışdı, 1990-ci ildə təqaüdə çıxdı.
Müxtəlif nəşrlərdə şeir, tərcümə, təhlil, araşdırma, tənqid, dənəmə və düşüncə elmi məqalələri dərc etmişdir. "Qadağan olunmuş cümlələr" adlı romanında dini təhqir etdiyinə görə məhkum edildi.[2] Abdullah Rza Ərgüvən İsveçdə olarkən iflic oldu , sonra 2001-ci ildə yaşayışını itirdi.