Türkologiya və ya türkşünaslıq — humanitar elmlərin kompleksidir və türklərin tarixini, dillərini, ədəbiyyatını, folklorunu, etnologiyasını müqayisəli şəkildə öyrənır. Bura Şərqi Sibirdə yaşayan Saxalardan tutmuş Balkanlar və Moldovada yaşayan Qaqauzlara qədər bütün türk xalqları daxildir.
Türkologiya Qərbin Şərqi öyrənmə cəhdləri nəticəsində meydana çıxan şərqşünaslıq əsasında bir sistem qazanmışdır. İlk türkologiya inistitutu 1795-ci ildə Parisdə École des Langues Orientales Vivantesdə qurulmuşdur. Bunu şərqşünaslıq və türkologiya ilə bağlı digər inistitutlar izləmişdir. Moskvada (1814), yenə Parisdə (1821) və Londonda (1906) qurulan bu çür inistitutların yayımladığı xeyli sayda elmi əsər, jurnal, məqalə və s. mövcuddur.[1]
Türklər haqqında etnoloji məlumatlar ilk dəfə XI əsrdə türk filoloq Mahmud Qaşğari tərəfindən "Divanü Lüğat-it-Türk" əsərində sistemləşdirilmişdir. Çox dilli lüğətlər isə XIII əsrdən ticarətin daha da genişlənməsinin təsiri altında yaranmağa başladı (Qıpçaq — Fars — Latın — Alman Kodex Kumanikus, Rus — Qıpçaq və s.).
Orta əsrlərin böyük bir hissəsinə aid türkoloji məlumatların böyük əksəriyyətini biz Bizans/Yunan tarixçilərinin, səfirlərinin, coğrafiyaçılarının və səyahətçilərinin əsərləri sayəsində əldə edə bilirik.
1612-ci ildə qrammatika kitabı Jerome Megizer tərəfindən çap edildi. Ondan sonra isə F. Mesginen-Meninski 4 cilddə Thesaurus Linguarum Orientalium əsərini 1680-ci ildə çap etdirdi. Bundan başqa Mesginen-Meninski Türkcə — Latınca lüğət və Türk dilinin qrammatikası əsərlərini də yazmışdır.
P. A. Pallasın dövründə türk dilinin araşdırılması daha da inkişaf etdi. Onun Bütün dillərin müqayisəli lüğəti əsərində türklərin Mişar, Tatar, Noqay, Başqırd və digər türk etnik qruplarının da xüsusiyyətlərini vermişdi. XIX əsrdə türkologiya xeyli irəlilədi, bunda Mirzə Kazım bəyin rolu çox böyük olmuşdur. Onun yazdığı Türk-tatar dilinin qrammatikası (1839) öz dövrünün funtamental əsəri idi. Bundan əlavə O. N. Betlinqs də Yakut dilinin qrammatikası (1851) əsərini yazmışdı.
Dövrün əsas uğuru isə 1895-ci ildə Vilhelm Tomsen və Vasili Radlov tərəfindən Orxon abidələrinin oxunması oldu.
XIX əsrin sonuna doğru Türkologiya elmi artıq tarix, filologiya, folklorşünaslıq, arxeologiya, etnologiya kimi elm sahələrinə daxil olmuşdu. XX əsrdə isə artıq Türkologiya fiziki antropologiya, numizmatika, genetika, qədim Türk əlifbaları, tipologiya, genezis, etimologiya, onamastika və toponomika kimi elm sahələrinə də daxil oldu.
Türkische Bibliothek (1905–1927) əsərinin yazılması Mitteilungen zur Osmanischen Geschichte (1921–1926) əsərinin yazılması ilə davam etdi və yeni bir cərəyan formalaşdırdı.
Müasir dövrümüzdəki elmi inkişaflar türkologiya sahəsindəki tədqiqatlarda kalibrli müəyyənetmə, dendroxronologiya, metallurgiya, kimya, tekstil və digər sahələrdən də kömək üçün istifadə etməyə icazə verir.
Böyük təmizləmə zamanı bütün Sovet ölkələrində olan məşhur türkoloqların əksəriyyəti ya güllələndi ya da daha çox ölümlə nəticələnən sürgünlərə göndərildi.
1944-cü ildə Kommunist partiyası Mərkəz Komitəsi sərəncam verdi. Bu sərəncamda türk tarixinin "qədimləşdirilməsi" cəhdləri qadağan edilirdi. Bu sərəncamə bütün ittifaq ölkələrində sağ qalmış türkoloqların həbsi, güllələnməsi və sürgünü izlədi. Bu dövrə qədər yazılmış bir çox əsərlər qadağan edildi, süni şəkildə yaradılmış "nəhəng sovet alimlərinin" əsərlərindən kənara çxmaq, onların dediklərinin ziddinə nəsə yazmaq qadağan edildi.
Bütün bunlardan əlavə Türk xalqlarının köklü şəkildə deportasiyaları və qırğınlar nəticəsində SSRİ-nin süqutuna doğru Türkologiyanın Rusiyadakı bütün bazaları məhv edilmişdi. SSRİ dağıldıqdan 20 sonraya qədər bir çox keçmiş ittifaq ölkəsi hələ də bu elmi bərpa edə bilmirdi.
Digər yandan bu siyasət türklüyə və türkologiyaya istənmədiyi halda bəzi xeyirlər də gətirdi. Belə ki türk sözünün ləğv edilməsi nəticəsində ayrı-ayrı adlar altında da olsa türk xalqları tarixi araşdırıldı. Bu araşdırmalar məqsədli və qərəzli şəkildə aparılsa da, bəzi məqamlar da istəmədən də olsa Türkologiyaya bəzi xeyirlər də verdi.
Rəsmi nəşrlər qadağan edilsə də, Sovet hökuməti heç cürə insanların türkologiya sahəsində gizlin araşdırmalar aparmasına mane ola bilmirdi. SSRİ zəiflədiyi zaman və insanlara müəyyən demokratik haqlar verildiyi dövrdə bu keçmişdə yazılmış, lakin həbs qorxusuna görə yayımlanmamış yazılar hamısı nəşr edilməyə başladı. Məlum oldu ki, "qadağalar" dövründə yazılmış əsərlərin sayı təsəvvür olunandan da çoxdur.
SSRİ-nin türkologiyaya istəmədən verdiyi xeyirlərdən biri də bolşevik inqilabının təsiri altında yeni "doğru tarix" yazmaq cəhdləri idi. Bu cəhdlər sayəsində bir çox böyük alım SSRİ-nin müasir elmi tədqiqatdan uzaqda qalmış Mərkəzi Asiya və Sibir kimi regionlarına ezam edildilər. Nəticədə türkoloqların Lev Qumilyovdan və Oljas Süleymanovdan təsirlənən yeni nəsli meydana çıxdı.
Bütün bunlara baxmayarq SSRİ dövründə əvvəllər (Rusiya imperiyası zamanı) yazılmış bütün əsərlər dükanlardan, kitabxanalardan, müəllifin özündən hətta kolleksiyaçılardan belə toplanmışdı. Hətta Böyük təmizləmə zamanı məqsədli şəkildə bu kitabların yandırılması mərasimi təşkil edilirdi.
Nəticədə onlillər boyunca yaradılmış elmi əsərlər, toplanmış maddi sübutlar, xatirələr məhv edilmişdi.
Əbdürrəhim Əli Rəhim (Əli Şakiroviç), 1892–1943 | Türkoloq, alim, ədəbiyyat tənqidisi, yazıçı, Kazandakı Qərb Pedoqoji Universitetinin dosenti. Sovet hökuməti tərəfindən həbs edilmiş, sonra azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra Kazana geri dönmü, lakin qısa müddət sonra yenidən həbs edilmişdir. 10 illik ağır iş şəraitində sürgünə göndərilmişdir. |
Eyvazov Asan Səbri (1878–1938) | Krımlı alim, jurnalist, tərcüməçi, müəllim, Tatar qəzetinin redaktoru, Tatar qurultayının üzvü. Krım Xalq Respublikasnını Türkiyədəki səfiri kimi çalışmışdır. Krım sovetləşdikdən sonra daim təqiblərə məruz qalmışdır. 1938-ci ildə vətənə xəyanətdə və əks-inqilabı millətçi təşkilatın üzvü olmaqda ittiham edilərək Simferopolda güllələnmişdirş |
Ağçoxraqlı Osman Nuri Əsəd (1878–1938) | Tarixçi, yazıçı, pedaqoq, jurnalist. Zincirli mədrəsəsində təhsil almışdır. Tatar qurultayının üzvü olmuşdur. 1938-ci ildə kommunistlər tərəfindən güllələnmişdir. |
Gabdulxay Axatov (1927–1986) | Alim, filologiya üzrə professor, Türkoloq, ictimai xadim, modern Tatar dialektologiyasının banisi, Kazan Frazeologiya Məktəbinin qurucusu və bir çox funtamental elmi əsərlərin müəllifi. Böyük təmizləmə zamanı həbs edilmişdir. |
Əsfəndiyarov Səncər Cəfəroviç (1889–1938) | Türkoloq, Moskva Şərq Elmləri İnistitutunun rektoru. 1938-ci ildə güllələnmişdir. |
Bayburtlu Yahya Naci Süleyman (1876–1943) | Baxçasaray Türk məktəbinin rəhbəri, jurnalist, Krım tatar qurultayının üzvü (1917). NKVD tərəfindən anti-inqilabi təşkilata üzv olmaqda və millətçilikdə ittiham edilmiş, Arxengelsk vilayətinə sürgün edilmişdir. Burada da ağır şəraitə görə 1943-cü ildə vəfat etmişdir |
Əhməd Baytursunov (1873–1937) | Alim, ictimai xadim, 1905–1906 I Rus Dumasının üzvü, Qazax filosofu, ilk Qazax eposlarının və folklorunun aşardırmaçısı, Qazax dilinin əlifbasının, ilk fonetik izahının, sintaksis təhlilinin müəllifi. 1931-ci ildə ömürlük həbs edilmiş, 1935-ci ildə Maksim Qorkinin həyat yoldaşının xahişi ilə buraxılmış, lakin 1937-ci ildə yenidən həbs edilərək, güllələnmişdir. |
Baryı Battal Taymas (1883–1969) | Tarixçi, ədəbiyyat tənqidçisi, ictimai xadim, Altay qəzetinni yaradıcısı. 1921-ici ildə həbs edilsə də, Sovetlərdən qaçmağı bacarmışdır. İstanbulda dəfn edilmişdir. |
Bertels Yeugeni Edvardoviç (1890–1957) | İranist və türkoloq, 1939-cu ildən SSRİ EA-nın üzvü, 1944-cü ildən İran EA-nın, eyni ildən Türkmənistan EA-nın, 1951-ci ildə Suriya EA-nın üzvü, Asiya muzeyinin, İncəsənət Muzeyinin, Leninqrad Dövlət Universitetinin, Leninqrad Şərq Dilləri İnistitutunun Rəyasət heyətinin üzvü. 1922–1925-ci illər ərzində 3 dəfə fransız casusluğunda ittiham edilərək həbs edilmişdir. Sonradan buraxılan Bertels 1941-ci ildə bu dəfə alman casusluğunda ittiham edilərək həbs edilir. Lakin sonradan azad edilir. |
Hüseyn Abdrefi Bodaninski (1877–1938) | Etnoqraf, aktyor, tənqidçi. 1917-ci ildən Baxçasaray muzeyinin rəhbəri olmuşdur. Dəfələrlə arxeoloji və etnoqrafol ekspedisiyaların təşkilatçısı olmuşdur. 1938-ci ildə Simferopolda güllələnmişdir. |
Çerman Timofey Pavloviç (?) | İqtisadiyyatçı, tarixçi, tarixçünas, Türkiyə üzrə ekspert. Həbs edilmişdir. Sonrakı taleyi bəlli deyil. |
Bəkir Çobanzadə Vahab oğlu (1893–1937) | Görkəmli Sovet türkoloqu, əslən Krım tatarıdır. Budapeşt Universitetini bitirmiş, sonralar həmin universitetdə də dekan vəzifəsində çalışmışdır. 1924-cü ildən Azərbaycanda çalışmışdır. "Stalinist dil konstruksiyalarında" aktiv iştirak etmişdir. Kislovodskda olarkən həbs edilmiş və güllələnmişdir. F. D. Aşnin onun bioqrafiyası haqqında 1967-ci ildə Bəkir Çobanzadə Vahab/Asiya və Afrikanın insanları əsərini yazmışdır. Azərbaycan filologiya elminin inkişafında böyük xidmətləri olmuşdur. |
Çolpan (1897–1937) | Özbək yazıçısı və alimi. Böyük təmizləmə zamanı güllələnmişdir. |
A. A. Divay (1855–1933) | Başqırd inpektoru, türkoloqu. Güllələnmişdir.[2] |
Fielstrup Feodor Arturoviç (1889-?) | Etnoqraf-türkoloq. Rusiya Muzeyinin Etnoqrafiya şöbəsinin müdiri. Rusiya və qonşu ölkələrin tayfa strukturunun araşdırılması komissiyasının üzvü olmuşdur. 1933-cü ildə həbs edilmişdir. Sorğulama zamanı işğəncələrə dözməyərək ölmüşdür. |
Qubaydullin Qaziz Salihoviç (1887–1937) | Tarixçi, Bakı Dövlət Universitetinin professoru (1927). Həbs edilmiş və güllələnmişdir. |
Hakim Niqmət (?) | Türkoloq, linqivist, Kazan Pedoqoji Universitetinin Tatar dili fakültəsinin dosenti olmuşdur. 1936-cı ildə həbs edilmiş, heç bir rəsmi məlumat verilmədən öldürülmüşdür. |
Vəli Xuluflu (1894–1938) | Ədəbiyyat tarixçisi. Azərbaycan SSR Dil Ədəbiyyat İncəsənət İnistitutunun Direktoru, Azərbaycan EA-nın İncəsənət bölməsinin rəhbəri (1934–1937) olmuşdur. 1937-ci ildəhəbs edilmişdir. Rəsmi məlumat verilmədən göldürülmüşdür. |
Xudayarov Qalyautdin Qaynutdinovç (1891–1966) | Naşir, pedaqoq, Tatar Muxtar Sovet Respublikasının Xalq Maarif Komissarı. Böyük təmizləmə zamanı iki dəfə həbs edilmişdir. Detalları bilinmir. |
Xudyakov Mixail Georgiyeviç (1894-?) | Arxeoloq, Volqa boyunca yaşayan xalqların tarixi və mədəniyyətinin araşdırmaçısı, Leninqrad Dövlət Tarix-Dil İnistitutunun dosenti, SSRİ EA-nın Maddi Mədəniyyət Tarixi bölməsinin üzvü olmuşdur. 1936-cı ildə məhkəmə belə olmadan güllələnmişdir. |
Latynin Boris Aleksandroviç (1899–1967) | Arxeoloq, etnoqraf, Volqa boyu və Mərkəzi Asiya xalqlarının araşdırmaçısı. 1935-ci ildə həbs edilmiş, 1940-cı illərin sonlarında azad edilmişdir. Sonralar Ermitaj muzeyində çalışmışdır. |
Leyboviç Eugeni Solomon (?-1936) | Arxeoloq və etnoqraf (Volqa boyu və Ural boyu əhali üzrə). 1936-cı ildə həbs edilmiş və güllələnmişdir. |
Mənsurov Qasım Qatıeviç (1894–1955) | Tarixçi, 1920-ci illərdə Kazanda dövlət orqanlarında çalışmış, sonralar elmi araşdırmalar üçün Moskvaya keçmişdir. Tatatr İnqilabı hərəkatı barədə iki monoqrafiya yazmışdır. Bilinməyən səbəbdən həbs edilmiş və Muroma sürgün edilmişdir. Lakin sonralar azad edilmişdir. |
Martinoviç Nikolay Nikolayeviç (1883–1939) | Türkoloq-etnoqraf, folklor üzrə mütəxəsis. Professor, Leninqrad Universitetində mühazirələr demişdir. 1921 və 1922-ci illərdə həbs edilmişdir. 1922-ci ildə mühacirətə qaçmışdır. |
Miller Aleksandr Alexsandiroviç (1875–1937) | Qafqaz üzrə mütəxəsis, etnoqraf, arxeoloq, linqivist, qədim dövr tarix üzrə ekspert, arxeologiya professoru, Gürcü dili üzrə professor, Rusiya Etnoqrafiya Muzeyinin rəhbəriolmuşdur. 1933-cü ildə həbs edilmiş və Daşkəndə sürgün edilmişdir. 1937-ci ildə yenidən həbs edilmişdir və həbsdə olarkən öldüyü güman edilir. |
Yusif Vəzir Çəmənzəminli Mir Baba oğlu (1887–1943) | Azərbaycan yazıçısı, ədəbiyyat tarixçisi, folklor üzrə mütəxəsisi. 1937-ci ildə həbs edilmiş və məhkəmə olmadan güllələnmişdir. |
Muxammedjan Tınışbayev (1879–1937) | Qazax dəmiryolu mühəndisi, aktivist, tarixçi, Alaş Ordanın üzvü olmuşdur. 1937-ci ildə həbs edilmiş və Daşkənddə güllələnmişdir. |
Noviçev Aron Davudoviç (Ailə adı Rabinoviç) (1902–1987) | Türkoloq, Tarix üzrə fəlsəfə elmlər doktoru, Leninqrad Universitetinin professoru olmuşdur. 1932-ci ildən 1937-ci ilə qədər Rusiya EA-nın Şərq Dilləri İnistitutunda çalışmışdır. Türkoloqlar Assosasiyasının üzvü olmuşdur. 1937-ci ildə həbs edilmiş və 1940-cı ilə qədər sürgündə olmuşdur. Sonralar Leninqrad Universitetinin Şərq Dilləri bölməsində çalışmışdır. |
Odabaş Abibulla Abdürrəşid (1891–1938) | Krım Pedoqoji Universitetinin müəllimi, Krım Tatar Qurultayının üzvü, "Yaşıl Ada" və "Bilgi" qəzetlərinin redaktoru olmuşdur. 1928-c ildə həbs edilmiş və güllələnmişdir. |
Polivanov Eugeni Dimitrioviç (1891–1938) | Şərq dilləri dilçisi (Yapon, Çin, Koreya, Dunqan və Türk dilləri üzrə), 1915–1921-ci illər ərzində Peterburq Universitetinin professoru olmuşdur. 1917–1918-ci illərdə Xarici İşlər Nazirliyinin Şərq Xalqlarə bölməsinə rəhbərlik etmişdir. Daşkənd, Səmərqənd və Bişkekdə elmi araşdırmalar etmişdir. Qırğızıstanda Frunze adına Universitetdə dərs demişdir. 1937-ci ildə yapon casusluğunda ittiham edilərək həbs edilmiş və 1938-ci ildə güllələnmişdir. |
Vasili Radlov (1837–1918) | Görkəmli Türkoloq, Berlin Universitetini bitirmişdir. 1858-ci ildən Rusiyada çalışmışdır. Rusiya Elmlər Akademiyasının akademiki olan Vasili Radlov həmçinin Orxon yazılarının şifrəsini də çözmüşdür. 1938-ci ildə alman əsilli Vasili Radlov Pantürkizmdə ittiham edilərək, əsərləri qadağan edilir. |
Sergey Rudenko İvanoviç (1885–1969) | Arxeolo və etnoqraf kimi Transbaykaliada, Altay dağlarında, Qazaxıstanda və Başqırdıstan Muxtar Sovet respublikasında çalışmışdır. Rusiya Etnoqrafiya Muzeyinin rəhbəri olmuşdur. Rusiya və qonşu ölkələrin tayfa strukturunu öyrənən dövlət komissiyasının baş katibi olmuşdur. 1931-ci ildə həbs edilmiş və 10 illik QULAQ-a göndərilmişdir.1934-cü ildə Belomor-Baltik Kanalının çəkilişnə transfer edilir. Burada hidroloq kimi çalışır. 1945-ci ildə arxeologiyaya geri dönür və məşhur Pazırıq mədəniyyəti (Skif) qazıntılarına rəhbərlik edir. |
Ryukov Paul Sergeyoviç (1884–1942) | Arxeoloq olmuşdur. Volqa boyunda və Qazaxıstanda SSRİ EA-nın mədəniyyət Tarixi bölməsinin eksperti kimi çalışmışdır. 1938-ci ildə həbs edilmiş və məhkəmə belə keçirilmədən güllələnmişdir |
Sadıqov Kərim Muhamməd (1888–1939) | Türkoloq və iranist. 1934-cü ildən Tarix-Arxeologiya İnistitutunun və SSRİ EA-nın Şərq Elmləri bölməsinin üzvü olmuşdur. 1936-cı ildə SSRİ cinayət məcəlləsinni 58-ci maddəsinə əsasən günahkar bilinmiş və 5 illik ağır işlərdə çalışmaq üçün Uzaq Şərqə göndərilmişdir. 1939-cu ildə ağır sağlıq problemlərinə görə azad edilmişdir, lakin yolda vəfat etmişdir. |
Seyfi Fateh Kəmaləddin (?) | Tarixçi-türkoloq, Kazan Pedoqoji Universitetinin müəllimi olmuşdur. 1936-cı ildə həbs edilmiş və məhkəmə belə olmadan güllələnmişdir. |
Aleksandr Samoyloviç (1880–1938) | Türkoloq, SSRİ EA-nın akademiki, 1934–1937-ci illərdə Şərq İnistitutunun direktoru olmuşdur. 1937-ci ildə həbs edilmiş, 1938-ci ildə güllələnmişdir. |
Şərəf Qalimdyan Şərəfutdinoviç (1896–1950) | Dilçi alim, milli hərəkatın rəhbərlərindən. Həbs edilmiş və güllələnmişdir. |
Şmit Aleksey Viktoroviç (1884 or 1885–1935) | Volqa, Kama və Ural boyun üzrə ixtisaslaşmış arxeoloq və Akrikanist etnoqraf. SSR EA-nın Mədəniyyət Tarixi bölməsinin üzvü, SSRİ EA-nın Elmi Antropologiya və Etnoqrafiya İnistitutunun Afrika bölməsinin rəhbəri. 1935-ci ildə həbs edilmiş və sorğulama zamanı işğəncələrə dözməyərək ölmüşdür. |
Serov Anton Mixailoviç (?) | Türkoloq. 1949-cu ildə həbs edilmiş, Xruşşovun amnitsiyaları verilənə qədər həbsdə qalmışdır. |
Maqsud Şeyxzadə (1908–1967) | Azərbaycan əsilli Özbəkistanın məşhur şairi, yazıçısı, tərcüməçisi və ədəbiyyat tənqidçisi. 1927-ci ildə millətçilikdə ittiham edilərək Azərbaycandan Özbəkistana sürgün edilir. 1951-ci ildə yenidən həbs edilir və 1950-ci illərin sonunda ümumi amnitsiya verilənə qədər həbsdə qalır. |
Şeytenberq Lev Haym Yakovleviç (1861–1927) | Etnoqraf, Sibir və şimal xalqları üzrə mütəxəsis olmuşdur. SSRİ EA-nın Elmi Antropologiya və Etnoqrafiya İnistitutunda çalışmışdır. 1921-ci ildə həbs edilmiş və Maksim Qorkinin xahişindən sonra azad edilmişdir. |
Sidorov Aleksey (?) | Leninqrad Universitetinin Şərq dilləri bölməsinin ələbəsi olmuşdur. 1949-cu ildə həbs edilmiş və Xruşşovun ümumi əhvinə qədər həbsdə qalmışdır. Azadlığa buraxılsa da intihar etdi. |
Mirseyid Sultanqaliev (1892–1940) | Tatarıstan Respublikasının qurucularından biri, Millətlər Komissarlığının üzvlərindən biri. Böyük təmizləmə zamanı NKVD-nın həbs dalğalarından ən böyüyünün biri də elə Sultan Qaliyevlə bağlıdır. Stalinist dillə desək bu dosyenin adı Sultanqaliyevşinadır. Həbs edilmiş və ölüm hökmü ilə cəzalandırılmışdır. |
Talanov Nikolay Georgiyeviç (1897–1938) | Mərkəzi Asiya üzrə tarixçi, Leninqrad Şərq İnistitutunun rəhbəri, Etnoqrafiya muzeyinin 1935-ci ildən rəhbəri olmuşdur. 1937-ci ildə həbs edilmiş və 1938-ci ildə güllələnmişdir. |
Çernişev Eugeni İvanoviç (1894-?) | Tatar tarixi üzrə ekspert, Kazan Pedoqoji Universitetinin dosenti olmuşdur. 1936-cı ildə məhkəmə olmadan güllələnmişdir. |
Teplukov Sergey Aleksandroviç (1888–1934) | Arxeoloq və Sibir üzrə etnoqraf. SSRİ Mədəniyyət Tarixi İnistitutunda, Rusiya Dövlət Muzeyində, Leninqrad Universitetində işləmişdir. 1934-cü ildə həbs edilmiş və həbsdə intihar etmişdir. |
Tsedenişe (?- 1936–1937) | Monqolist. Leninqrad Şərq İnistitutunda müəllim olmuşdur. 1936 və ya 1937-ci ildə həbs edilmiş və məhkəmə olmadan güllələnmişdir. |
Tsintsius Vera İvanovna (1903–1981) | Tunqus-Mancur dilləri üzrə ekspert. Şimal Xalqları İnistitutunun işçisi olmuşdur. 1936-cı ildə həbs edilmiş və 1940-cı ildə azad edilmişdir. II Dünya Müharibəsi zamanı Leninqrad Dilçilik İnistitutunda çalışmışdır. |
Tsovikiyan Horem Mkrt (1900–1942) | Etnik erməni olan türkoloq və tarixçi. Leninqrad Dövlət Universitetinin dosenti olmuşdur. Şərq İnistitutunda araşdırmaçı kimi çalışmışdır. 1938-ci ildə həbs edilmiş, 1939-cu ilə qədər həbsdə qalmışdır. Leninqradın blokadası zamanı ölmüşdür. |
Uxtomsky Aleksandr Alekseyeviç (1872–1937) | Şərqi Rusiya Mədəni Təhsil Cəmiyyətinin katibi, Ufa və Menzelinskynin yepiskopu (1913) olmuşdur. "Volqa arxasında" jurnalının (1917) redaktoru və Müqəddəs Sinodun (1917) üzvü olmuşdur. Müxtəlif vaxtlarda həbs edilmiş və 1937-ci ildə Yaroslavlda güllələnmişdir. |
Umnyakov İvan İvanoviç (1890–1976) | Tarixçi, arxeoloq, Vasili Bartold məktəbinin davamçısı olmuşdur. 1920-ci illərin və 1930-cu illərin əvvəllərində iki dəfə həbs olunmuşdur. Arxangelskə sürgün edilmişdir. Nikita Xruşşov dövründə əhv edimişdir. |
Səid Vahidov Qabdulmannan (1887–1937) | Arxeoqraf-alim, tarixçi. Həbs edilmiş və güllələnmişdir. |
Zəki Validi Toğan (1890–1970) | Türkoloq, tarixçi, akademik, siyasi fiqur, Başqırdıstanın ilk rəhbəri (1918). Tıqiblərə məruz qalmış və Türkiyəyə mühacirət etmişdir. |
Vasmer Riçard Vilhelm Georg (1888–1938) | Ərəb dili, türk dili, fars dili, ivrit dili, Suriyan dili üzrə ekspert, şərqşünas, Ermitaj muzeyinin şərq sikkələri bölməsinin rəhbəri olmuşdur. 1936-cı ildə həbs edilərək Daşkəndə sürgün edilmişdir. Sürgündə olarkən ölmüşdür.[3] |
Zabirov Vəli Əbdürrəhman (1897–1937) | Tatar alimi, türkoloq, SSRİ EA-nın Şərqşünaslıq İnistitunun məzunu, Leninqrad Dövlət Universitetinin müəllimi olmuşdur. 1936-cı ildə həbs edilmiş, Solovki həbsxanasında güllələnmişdir. |
Çar Rusiyası dövründən başlayaraq Azərbaycanda türkologiya elmi araşdırlmağa başlanmışdır. Rus şərqşünaslığının banilərindən hesab edilən Mirzə Kazım bəy həmçinin bu elmin də Azərbaycanda əsasın qoymuşdur. Sonrakı dövrlərdə isə Azərbaycanda Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu, Bəkir Çobanzadə, Vəli Xuluflu, Əbülfəz Elçibəy, Xəlil Rza Ulutürk, Nailə Vəlixanlı, Ziya Bünyadov kimi görkəmli türkoloqlar yetişmişdir.
Azərbaycanda türkologiya elmi şərqşünaslıq elminin bazasında, demək olar ki eyni vaxtda yaranmışdır. Türkiyədən fərqli olaraq, daha çox türk dili məsələsinə yox, türk tarixinə də özündə yer ayırır.
SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında və universitetdə repressiyalar 1936-cı ilin dekabırında Ruhulla Axundovun həbsi ilə başladı[14]. Artıq 1937-ci ilin yanvar ayında bir sıra Azərbaycan alimləri: Hənəfi Zeynallı, Vəli Xuluflu və Bəkir Çobanzadə həbs olunmuşdular[14]. Hətta Bəkir Çobanzadəni Kislovodskda bir sanatoriyada həbs edib xüsusi konvoyla Bakıya gətirmişdilər[15]. 18 mart gecə saatlarında tarixçi Qaziz Qubaydullin də həbsə məruz qaldı, həbsindən dərhal sonra Mir Cəfər Bağırov "Bakinski raboçi" və "Kommunist" qəzetlərində ona qarşı məqalə dərc etdirdi[14]. 19–20 mart tarixlərində Azərbaycan SSR Kp MK-nin 6-cı Mart plennumunda çıxış edən Mir Cəfər Bağırov R. Axundovun mədəni cəbhədə rəhbərlik etdiyi millətçi işdən danışarkən bəyan edir ki professorlar Bəkir Çobanzadə və Qaziz Qubaydullin Azərbaycandakı pantürkizmin ən parlaq nümayyəndələridirlər[16]. 4 iyun gecəsi isə Xalid Səid Xocayev həbs olundu[14].
Tənqidçi və ədəbiyyatşünas Hənəfi Zeynallı Ruhulla Axundovun yaxın dostu idi[17]. Həbs olunmamışdan əvvəl o SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Dil və Ədəbiyyat institutunda alim, katib olaraq işləyirdi[14]. Türkoloq Vəli Xuluflu isə Ruhulla Axundovun müavini idi o həm də SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında tarix sektorunun müdiri idi[18]. Şərqşünas Bəkir Çobanzadə əslən krım tatarı idi[19] 1920-ci illərdə Krım Mərkəzi İcraiyyə Komitəsinin üzvü və krımtatar partiyası olan "Milli firqə" partiyasının rəhbərlərindən olub[19]. Sonradan 1925-ci ildə o Bakıya köçür və 1937-ci ilin əvvəllərinə qədər Bakı Dövlət Universitetinin professoru və SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının işçisi olur[19]. Professor Qaziz Qubaydullin Türk xalqlarının tarixi üzrə fundamental tədqiqatların müəllifi olan ilk tatar tarixçisidir[14]. İstedadlı[14] özbək türkoloq Xalid Səid Xocayev isə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialın tarix bölməsində elmi işçi olaraq işləmişdir.
İstintaq zamanı Bəkir Çobanzadə ifadə verir ki guya ki 1934-cü ildə yaradılmış pantürk "Ümumittifaq birləşmiş mərkəz" mövcuddur[16]. Mərkəzin rəhbəri kimi RSFSR Xalq Komissarları Sovetinin sədr müavini Turar Rıskulov üzvlər sırasında isə Moskva Şərqşünaslıq İnstitutunun keçmiş direktoru professor Sanjar Asfendiyarov, Qaraçay-Çərkəz Vilayət İcraiyyə Komitəsinin sədri O.Əliyev, dağıstanlı maarifçi A.Taxo-Qodi, Qaziz Qubaydullin və Bəkir Çobanzadə göstərilirdi. Bəkir Çobanzadə sadaladığı adların sahiblərinin əksəriyyəti ilə şəxsən tanış deyildi tanıdıqları ilə isə illər əvvəl görüşmüşdü[20]. İyul ayında isə o aparıcı türkoloq akademik Aleksandr Samoyloviç haqqında ifadə verdi və tezliklə o da həbsə məruz qaldı. Beləliklə tədricən böyük "ümumittifaq, əksinqilabi, üsyançı, pantürk" bir təşkilat haqqında məhkəmə işi formalaşdı[16].
Qaziz Qubaydullin son olaraq "SSRİ ərazisində pantürkizmin əsas ideoloqlarından biri" ittihamı ilə təqsirləndirilir[14]. Onu "Azərbaycanda istehsalat yerlərində zərərverici aktları törətməkdə" və casusluqda (türk, yapon, alman kəşfiyyatlarına) təqsirləndirirdilər[14]. Bəkir Çobanzadə Azərbaycan SSR Cinayət Məcəlləsinin 60, 63, 70, 73-cü maddələri ilə təqsirləndirilirdi[21]. Xalid Səid Xocayev isə təşkilat rəhbərlərinin sırasında göstərilməsə belə ittihama əsasən onun üzvü və eyni zamanda "köhnə türkiyə kəşfiyyatçısı" ittihamı ilə təqsirləndirilirdi[14].
Bakıya gəlmiş üçlüyün üzvləri SSRİ Ali məhkəməsinin Hərbi kollegiyasının hərbi korpus hüquqşünası (rus. Корвоенюрист) İ.O.Matuleviç (sədr), hərbi briqada hüquqşünası İ.M.Zıryanov və Y.K.Jiquradan və eləcə də dördüncü — katib, 1-ci dərəcəli hərbi hüquqşünas A.F.Kostyuşkadan ibarət idi[22]. Həmçinin onları SSRİ prokurorluğunun sədri hərbi korpus hüquqşünası (rus. Корвоенюрист) R.S.Rozovskiy də müşayiət edirdi[22]. 11–13 oktyabr tarixlərində keçirilən məhkəmə prosesləri[22] Bəkir Çobanzadə, Qaziz Qubaydullin, Hənəfi Zeynallı, Hüseynəli Biləndərli, B.Tixomirov (Partiya tarixi institutunun rektoru və ADU-nin tarix fakültəsinin dekanı), A.Bukşpan, Xalid Səid Xocayev, Əbdüləziz Salamzadə, Balabəy Həsənbəyov kimi alimləri və M.Hüseynov, Məmməd Cuvarlinski kimi partiya rəhbərlərini ölüm hökmünə məhkum etdi[16]. Bu günlər ərzində ölüm hökmünə məhkum olunanları məhkəmənin son günü — 13 oktyabr 1937-ci ildə güllələndilər[22]
Azərbaycan EA türkologiya elmi barədə Türkologiya jurnalını çap etdirir. Həmçinin bir çox universitetdə Türkologiya fakültələri və elmi mərkəzləri fəaliyyət göstərir.[23]
Türkiyədə türkologiyanın əsası Şəmsəddin Saminin, Əhməd Vəfik Paşanın və Əli Suavinin yazıları ilə başlamışdır. II Konstitutsiya dövründən sonra qərb qaynaqlarını qavramaq formasına düşmüşdür.
Osmanlı dövründə türkologiyaya o qədər də maraq olmasa da, Türkiyə Cümhuriyyəti yaradıldıqdan sonra Mustafa Kamal Atatürkün rəhbərliyi ilə birbaşa türkologiya ilə məşğul olacaq iki önəmli qurum yaradıldı:[24]
Türkiyənin respublika tarixində türkologiyanın daha çox linqivistik cəhətdən araşdırılmasına üstünlük verilmişdir. Bu da zamanla türkologiya ilə türk dili elminin demək olar ki, eyniləşməsinə səbəb olmuşdur.
Türkiyədə 100-ə yaxın türk dili və ədəbiyyatı fakültəsində türk dili alimi adı ilə Türkoloq yetişdirilir. Hər il məzun olan minlərlə türk dili və ədəbiyyatı fakültəsi məzunu şəxsin türklük elmi yerinə ədəbiyyatçı olaraq qəbul edilməsinə görə yeni fakültələr və institutlar yaradılmışdır.
Türkologiyanın əsas araşdırılma mövzularından olan türk dili 48 qeyri-türk ölkəsində xarici dil kimi öyrədilir. 57 ölkədəki 223 elmi mərkəzdə isə türk dili təhsili verilir və türk dili araşdırılır.[25]