Abdullah ibn Üneys[1] (ərəb. بد الله بن انيس الجهني) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. Doğulması və gəncliyi haqqında heç bir məlumat yoxdur, Abdullah bin Üneys Sellam ibn Əbil-Hukayki öldürmək üçün təyin edilmiş 4-5 nəfərlik qrup arasında olmuşdur. Useyr ibn Zaremin başçılığında üzərinə göndərilən otuz əsgərdən biri olur. O, Xalid ibn Süfyanı öldürmək üçün Məhəmməd tərəfindən tək olaraq göndərilir. Urənə bölgəsində Xalidə rast gələn Abdullah Məhəmmədin əleyhinə danışaraq onu aldadır. Daha sonra adamları ortada olmayanda onu öldürüb Mədinəyə qayıdır. Bunun üzərinə Muhəmməd ona bir əsa verərək deyir: “Bu, Qiyamət günü aramızda bir nişanə olacaq və sən cənnətdə bu əsa üzərində dayanacaqsan”. Abdullah ölənə qədər bu xatirəni qılıncı ilə daşıdı. Vəfat etdikdən sonra vəsiyyəti ilə kəfəninə büründü. O, tutulduğu qızdırma səbəbindən Bədr döyüşündə iştirak edə bilmədi, lakin başqa döyüşlərdə iştirak etmişdir. 674 və ya 699-cu ildə Şamda vəfat etmişdir.
Abdullah ibn Üneys | |
---|---|
Fəaliyyəti | mühəddis |