Abdullah ibn Əbdülmüttəlib

Abdullah ibn Əbdülmüttəlib (təq. 545, Məkkə[4]570, Mədinə) — Məhəmməd peyğəmbərin atası.[5] Abdullah atası Əbdülmüttəllibin sevimli oğlu olmuşdur.[5] Rəvayətlərə görə Əbdülmüttəlib çoxlu oğlu olarsa, birini qurban verəcəyinə söz vermişdir. İllər sonra onun on oğul övladı dünyaya gəlmişdir. Buna görə də Əbdülmüttəlib verdiyi sözü tutmuş və övladlarından birini qurban verməyi qərara almışdır.[5] Onun atdığı püşk oğlu Abdullaha düşmüşdür. Beləliklə, Əbdülmüttəlib sevimli oğlunu qurban verməli idi. Ancaq sonra, qüreyşlilərin təkidi ilə o öz fikrindən daşınmış, oğlunun yerinə 100 dəvəni qurban kəsmişdir.[5]

Abdullah ibn Əbdülmüttəlib
Doğum tarixi təq. 545
Doğum yeri
Vəfat tarixi 570
Vəfat yeri
Dəfn yeri
  • Əl-Mədinə[d]
Həyat yoldaşı
Uşağı
Atası Əbdülmüttəlib ibn Haşim[1]
Fəaliyyəti tacir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Daha sonralar Əbdülmüttəllib Abdullahı nüfuzlu ərəb qəbilələrindən birinə məxsus Əminə adlı bir qızla evləndirmişdir.[5] Bu evlilikdən Məhəmməd dünyaya gəlmişdir. Ancaq, Abdullah gənc yaşlarında vəfat etdiyindən oğlu Məhəmmədi görə bilməmişdir.[5] Bir çox tarixçilərin yazdıqlarına görə, Əminə hamilə olduğu zaman, o, ticarət işləri ilə əlaqədar Suriyaya getmiş, yolda qəfildən xəstələnərək Yəsrib (Mədinə) yaxınlığında vəfat etmişdir.[5] O zaman Abdullahın 25 yaşı olduğu qeyd edilir.[5]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]