Abdullah ibn Əmir (65/684-cü ildə vəfat etmişdir) — Məhəmməd peyğəmbərin tanınmış səhabələrindən biri.[1] Əmr ibn Asın oğlu idi.[1]
Abdullah ibn Əmir | |
---|---|
Doğum tarixi | 595 |
Doğum yeri | |
Vəfat tarixi | 684 |
Atası | Əmr ibn As |
Fəaliyyəti | alim, mühəddis |
Abdullah ibn Əmir Məkkədə doğulmuşdur[1]. Bəzi rəvayətlərə görə o, səmimi şəxsiyyəti və imanı ilə digərlərindən seçilmişdir. Günlərinin çoxunu ibadətlərdə keçirən Abdullah, müşriklərə qarşı döyüşlərdə iştirak etmişdir. Süffeyn döyüşündə öz atası ilə birlikdə Xəlifə Əlinin tərəfdarları ilə döyüşmüşdür. Digər mənbələrdə qeyd edilir ki, Abdullah orada olsa da, döyüşdə iştirak etməmişdir. Rəvayətlərə görə, Abdullah ibn Əmir öz dövrünün ən elmli insanlarından biri olmuşdur. O, Məhəmməd peyğəmbərdən rəvayət edilən hədislərin yaxşı bilicisi kimi tanınmışdır. Bu istiqamətdə o, bir çox kitablar da yazmışdır[1]. Eyni zamanda, müəllimlik fəaliyyəti ilə də məşğul olmuşdur. O, Ərəb dilini gözəl bilməklə bərabər, qədim yəhudi (ibrani), eləcə də süryani dillərini də bilmişdir. Abdullah ibn Əmir 72 yaşında Misirin Fustat şəhərində vəfat etmişdir[2].