Əmr ibn As

Əmr ibn As (Məkkə664[1][2], Misir) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmmədin səhabələrindən biri. Misir valisi (640–656;661–663)

Əmr ibn As
Misir valisi
640 – 644
Əvvəlkivəzifə təsis edilib
SonrakıAbdullah ibn Səd
Misir valisi
658 – 664
ƏvvəlkiMəhəmməd ibn Əbu Bəkr
SonrakıÜtbə ibn Əbu Süfyan
Şəxsi məlumatlar
Doğum yeri
Vəfat tarixi 664[1][2]
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti hərbi lider[d], diplomat, dövlət xadimi, tacir
Atası As ibn Vail
Uşaqları
Dini islam
Hərbi xidmət
Mənsubiyyəti Rəşidi xilafəti, Əməvilər xilafəti
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əmr ibn As Məkkə şəhərində dünyaya gəlmişdir. Məkkənin müsəlmanlar tərəfindən tutulmasından 6 ay əvvəl, 629-cu ildə İslam dinini qəbul edərək, müsəlman olmuşdur. Məhəmməd onu Zatus-səlasil döyüşündə orduya komandan təyin etmişdir. Döyüşü qalibiyyətlə başa vurmuşdur. Misirin müsəlmanlar tərəfindən tutulmasına rəhbərlik etmişdir. 640-cı ildə o zaman xəlifə olan Ömər ibn Xəttab tərəfindən Misir valisi təyin edilmişdir. 657-ci ilin may-iyun aylarında o zamanlar xəlifə olan Əli ilə o zamanlar faktiki Şam valisi olan I Muaviyə arasında baş verən Siffeyn döyüşündə I Muaviyə tərəfdə savaşmışdır. Hakim hadisəsində I Muaviyənin nümayəndəsi kimi iştirak etmiş və I Muaviyəni xəlifə təyin etdiyini açıqlamışdır. 658-ci ildə Şamda xəlifəliyini elan etmiş I Muaviyə tərəfindən yenidən faktiki Misir valisi təyin olunmuşdur. H. Q. 43-cü ildə vəfat etmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • shiaofahlubait. "Aişe: "Allah Amr b. As'a lanet etsin."" (türk). nasibiler.wordpress.com. 2014-02-18. İstifadə tarixi: 2014-02-18.