Abdullah ibn Əqil (ərəb. عبد الله بن عقیل) — Kərbəla döyüşündə şəhid olan Hüseyn ibn Əlinin səhabələrindən biri.
Abdullah ibn Əqil | |
---|---|
عبد الله بن عقیل | |
Doğum yeri | Mədinə |
Vəfat tarixi | |
Vəfat yeri | Kərbəla, İraq |
Vəfat səbəbi | Kərbəla döyüşündə şəhid |
Dəfn yeri | İmam Hüseyn türbəsi |
Həyat yoldaşı | Meymunə binti Əli ibn Əbu Talib |
Atası | Əqil ibn Əbu Talib |
Milliyyəti | ərəb |
Dini | İslam |
Əqil ibn Əbu Talibin Abdullah adlı iki övladı var idi: Abdullah əl-Əkbər (böyük) və Abdullah əl-Əsğər (kiçik). Bəzi mənbələr onun hər iki oğlunun Kərbəla döyüşündə şəhid olduğunu qeyd etmişlər.[1] Bu Abdullah isə Abdullah Əkbərdir.
Abdullah Əli ibn Əbu Talibin qızı Meymunə ilə evlənmişdir.[2]
Onun adı "Ziyarət-şühəda"da Əbu Abdullah ibn Müslüm ibn Əqil kimi çəkilir.[3]