Abdullah ibn Məhəmməd əl-Qureyşi (610-cu illər, Məkkə – 615, Məkkə, ərəb. عبد الله بن محمد) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan oğlu.
Abdullah ibn Məhəmməd | |
---|---|
ərəb. عبدالله بن محمد | |
Doğum tarixi | 610-cu illər |
Doğum yeri | |
Vəfat tarixi | 615 |
Vəfat yeri | |
Atası | Məhəmməd |
Anası | Xədicə |
Vikianbarda əlaqəli mediafayllar |
Abdullah Məhəmmədin peyğəmbərlik missiyasının başlanmasından sonra Məkkədə anadan olub. O, atasının peyğəmbərliyi başlayandan sonra doğulduğu[1] üçün ət-Tahir[2] (“təmiz”) və ət-Tayyib[3] (“mehriban”, “yaxşı”) adlarını almışdır.
Məhəmməd peyğəmbər ona atasının adını verir. Abdullah 615-ci ildə Məkkədə uşaq ikən vəfat etmişdir[4].
Təfsirlərə görə, Abdullahın vəfatından sonra Məhəmməd peyğəmbərin müasirlərindən və əleyhdarlarından olan əl-As ibn Vail onun haqqında onun sonsuz olduğunu demişdir. Cavabında Kovsər surəsi nazil oldu:
Əs-Suddi demişdir: “İnsanların övladları ölən zaman insanlar (ərəblər) belə deyirdilər: “O, itirdi (məhrum oldu). Məhəmməd itirdi (məhrum oldu) ” Sonra Allah nazil etdi: “Həqiqətən, sənin düşmənin sonsuzdur”.