Abdurahmanov Rəcəb Çələbi oğlu

Abdurahmanov Rəcəb Çələbi oğlu 25 yanvar 1952-ci ildə Şəki şəhərinin Baş Göynük kəndində anadan olmuşdur.[1] O, 1970-ci ildə Şəki şəhəri Baş Göynük kənd 1 saylı orta məktəbini bitirdikdən sonra 1970-ci ildə Bakı Rabitə Elektrotexnikumunu (Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci) "Televiziya texnikası və radiorele rabitəsi" ixtisası üzrə təhsil almış və təhsil aldığı dövrdə 1971–1973-cü illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirmişdir. 1975-ci ildə isə Neft və Kimya İnstitutunun (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) "İstehsalat proseslərinin avtomatlaşdırılması" fakültəsinə daxil olmuş və təhsil aldığı dövrdə 1976–1997-ci illər ərzində Rabitə Nazirliyinin (Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) Teleradio İstehsalat Birliyinin müxtəlif sahələrində mühəndis-texniki və rəhbər vəzifələrdə çalışmışdır.[2] 1997–2001-ci illərdə Bakı şəhərində tikilərək yeni istifadəyə verilmiş Teleqüllə Kompleksinə və 2001–2004-cü illərdə Teleradio İstehsalat Birliyinə rəhbərlik etmişdir. 2004-cü ildən isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Radio və Televiziya Yayım Filialında rəis müavini kimi fəaliyyətini davam etdirmişdir. 17 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir.[3]

Abdurahmanov Rəcəb Çələbi oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Baş Göynük, Şəki şəhəri, Azərbaycan
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri Bakı şəhəri, Azərbaycan
Dəfn yeri Baş Göynük, Şəki şəhəri, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Təltifləri "Fəxri Radist" döş nişanı, "Rabitə Ustası" adı, “Vətən” mükafatı laureatı, “Müstəqil Azərbaycan naminə” fəxri diplomu

Həyatı[redaktə | mənbəni redaktə et]

Təltifləri[redaktə | mənbəni redaktə et]

1987-ci ildə rabitənin inkişafı və müasirləşdirilməsi sahəsində qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə "Fəxri Radist" döş nişanı, 2002-ci ildə rabitə sahəsində iş fəaliyyətinə, uzun müddət fasiləsiz olaraq işlədiyinə və verilən tapşırıqları layiqincə yerinə yetirdiyinə görə "Rabitə Ustası" adına layiq görülmüşdür. Növbəti illərdə isə radio-televiziya yayımı sahəsindəki fəaliyyətinə görə "Vətən" mükafatı laureatı, "Müstəqil Azərbaycan naminə" fəxri diplomuna və s. mükafatlara layiq görülmüşdür.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. [Şahin Aydəmir "Göynük və göynüklülər" kitabı. Bakı — 2008.]
  2. "Teleradio İstehsalat Birliyinin sabiq baş direktoru". 2021-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
  3. "Teleradio İstehsalat birliyinin sabiq baş direktoru dünyasını dəyişib". 2021-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
  4. "Müxtəlif illərdə "Vətən" mükafatı diplomuna və "Müstəqil Azərbaycan naminə" fəxri diplomuna layiq görülüb". 2021-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
  5. "Şahin Aydəmir — tanınmış jurnalist, publisist və yazıçı. 10-dan çox kitabın müəllifidir". 2021-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.