Abel mükafatı— bir və ya bir neçə məşhur riyaziyyatçıya Norveç dövləti tərəfindən illik təqdim olunan beynəlxalq mükafatdır.[1]
Abel mükafatı | |
---|---|
Abel Prize | |
Ölkə | Norveç |
Tip | elmi mükafat[d] |
Kimə verilir | Riyaziyyat sahəsində məşhur elmi işlərinə görə |
Təltif edir | Norveç dövləti |
Statistika | |
Təsis tarixi | 2003 |
İlk təltif |
|
abelprize.no | |
Vikianbarda əlaqəli mediafayllar |
Mükafat 2001-ci ildə Norveç dövləti tərəfindən məşhur Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə adlandırılıb. Abel mükafatı tez-tez riyaziyyatçıların "Nobel mükafatı" kimi təsvir olunur.[2][3][4][5] Mükafatı qazananlara 6 milyon Norveç kronu (təxminən 1 milyon ABŞ dolları) məbləğində pul mükafatı da verilir.[6]
Mükafat rəhbərliyi həmçinin Norveç Riyaziyyat Cəmiyyəti tərəfindən idarə olunan Abel simpoziumunu yaradıb.[7] Mükafatın təqdimetmə mərasimi 1947 və 1989-ci illər arasında Nobel sülh mükafatının təqdim olunduğu Norveçin Oslo Universitetinin Hüquq Fakültəsinin Atriumunda keçirilir.[8]
Abel mükafatının yaradılması Alfred Nobelin illik mükafatlandırma üzrə planlarına riyazıyyatın daxil olmamasını öyrəndikdən sonra 1899-cu ildə Sofus Li tərəfindən ilk dəfə olaraq təklif olunub. Linin ölümü mükafatın yaradılmasında fasilənin yaranması ilə nəticələnib. 1902-ci ildə mükafatı yaratmaq üçün II Oskar cəhd etsə də, üç il sonra İsveç-Norveç arasında ittifaqın parçalanmasınadək olan əngəllərə görə uğursuz olub.
İl | Laureat(lar) | Vətəndaşlıq | Universitet | Əsas rolu | İst. |
---|---|---|---|---|---|
2003 | Jan-Pyer Serr | Fransız | Kollec de Frans | "riyaziyyatın bir çox hissələrinin o cümlədən topologiya, cəbri həndəsə, ədədlər nəzəriyyəsinin müasir formasının formalaşmasında əsas rolu oynadığına görə" | [9] |
2004 | Maykl Fresis; İsador Zinger |
Britaniyalı Amerikalı |
Edinburq Universiteti; Massaçusets Texnologiya İnstitutu |
"Nəzəri fizika və riyaziyyat arasında yeni körpü yaratmaqda olan rola və topologiya, həndəsə və riyazi analiz arasında birlikdə yaradılan Ati-Singer teoreminin kəşfi və sübutuna görə" | [10] |
2005 | Piter Laks | Amerikalı | Fizika-riyaziyyat elmləri institutu kurantı | "diferensial tənliklər nəzəriyyəsi tətbiqi və onların həlli yolları hesablanması nəzəriyyəsinə xidmətlərinə görə" | [11] |
2006 | Lennart Karleson | İsveçli[12] | Kral Texnologiya İnstitutu | "dinamik sistemlər nəzəriyyəsi və harmonik analiz üçün dərin və səmərəli xidmətlərinə görə " | [13] |
2007 | Srinivasa Varadhan | Hisdistanlı Amerikalı [14] |
Fizika-riyaziyyat elmləri institutu kurantı | "xüsusilə böyük yayınma nəzəriyyəsinin yaradılması üçün və ehtimal nəzəriyyəsinə əsas töhfələrinə görə" | [15] |
2008 | Con Griggs Tompson; Jak Tits |
Amerikalı; Belçikalı Frasız[16] |
Florida Universiteti; Kollec de Frans |
"Xüsusilə müasir qrup nəzəriyyəsinin formalaşdırılmasında və cəbrdə öz dərin xidmətlərinə görə" | [17] |
2009 | Mixail Leonidoviç Gromov | Rusiyalı Fransız[18] |
Ali elmi tədqiqatlar institutu Fizika-riyaziyyat elmləri institutu kurantı |
"həndəsəyə inqilabi töhfələrinə görə" | [19] |
2010 | Con Torrens Teyt | Amerikalı | Ostin Texas Universiteti | "Ədədlər nəzəriyyəsində böyük və uzunmüddətli təsirinə görə" | [20] |
2011 | Con Milnor | Amerikalı[21] | Stoni-Bruk Univeristeti | "Topologiya, həndəsə və cəbrdəki ilk kəşfləri üçün" | [22] |
2012 | Endre Semeredi | Macar Amerikalı[23] |
Riyaziyyat üzrə Alfred Reni Universiteti and Rutgers Universiteti |
"Additiv ədədlər nəzəriyyəsi və erqodik nəzəriyyəsinə töhfələrinin əsaslı və uzunmüddətli tanınması və diskret riyaziyyat və nəzəri kompüter elminə fundamental töhfələrinə görə" | [24] |
2013 | Pier Delin | Belçikalı | Perspektiv tədqiqatlar institutu | "təsvir nəzəriyyəsi, ədədlər nəzəriyyəsi və onlarla əlaqədar sahələrdə transformasiya təsiri və cəbri həndəsə üzrə səmərəli xidmətlərinə görə" | [25] |
2014 | Yakov Sinay | Rusiyalı Amerikalı |
Nəzəri Fizika üzrə Landau İnstitutu and Prinston Universiteti |
"dinamik sistemlər, erqodik nəzəriyyə və riyazi fizika üzrə fundamental töhfələrə görə" | [26] |
2015 | Con Neş ; Luis Nirenberq |
Amerikalı; Kanadalı/Amerikalı |
Prinston Universiteti Fizika-riyaziyyat elmləri institutu kurantı |
"qeyri-xətti diferensial tənliklər nəzəriyyəsinə parlaq səmərəli xidmətlərinə və onun həndəsi təhlilinə tətbiqlərinə görə " | [27] |