Abgərdən (fars."ab"-su, gərdən-gəzdirən)— əsasən duru xörəklər üçün işlədilən uzunsaplı çömçə növü. Keçmişdə mis və taxtadan hazırlanırdı. Azərbaycanda Lahıc, Gəncə və Şamaxı misgərlərinin hazırladığı Abgərdən geniş yayılmışdı. Hazırda əsasən alüminium, mis və paslanmayan poladdan hazırlanan Abgərdənlər işlədilir.[1]