Abiş Xatun

Abiş Xatun və ya Abaş Xatun (Şiraz31 dekabr 1286[1], Təbriz[2]) — 1264-cü ildən 1282-ci ilə qədər Şiraz Salqurlularının IX və sonuncu hökmdarı.[3]

Abiş Xatun
Abaqa xanın hakimiyyətinə istinad edilən və Abiş Xatun adından zərb edilmiş qızıl sikkə
Abaqa xanın hakimiyyətinə istinad edilən və Abiş Xatun adından zərb edilmiş qızıl sikkə
bayraq
Şiraz hakimi
bayraq2
1264 – 1282
ƏvvəlkiSəlcuqşah
Şəxsi məlumatlar
Doğum tarixi Bilinmir
Doğum yeri
Vəfat tarixi 31 dekabr 1286[1]
Vəfat yeri
Dəfn yeri Şiraz
Fəaliyyəti rəhbər[d]
Atası II Səəd
Anası Terkən Xatun
Həyat yoldaşı Məngü Teymur
Uşaqları Alqançı və Kördüçin
Ailəsi Salqurlular
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atası Sad ibn Əbu Bəkir Yəzd atabəyinin qızı Terkən Xatundir. Anadan olma tarixi bilinməməkdədir. Fars atabəyi olan Səlcuqşah Abiş Xatunun anası Terkən Xatunu öldürüb, Abiş Xatun və bacısını həbs edmişdi. Bunun ardınca, Elxani məmurlarını da öldürdükdən sonra Hülakü xan tərəfindən üzərinə ordu göndərilmiş və öldürülmüşdür. Atasından sonra taxta çıxan kiçik qardaşı Məhəmməd öldükdən sonra, 1264-cü ildə adına xütbə oxutduraraq və sikkə kəsdirərək taxta çıxmışdır. Ona bu işdə Hülakü xan yardım etmişdir.

1270-ci illərdə Hülakü xanın oğlu olan Mengü Teymur ilə evlənmişdir.[4] Bu evlilikdən Alqançı və Kördüçin adlarında iki qızı olmuşdur. Abaqa xanın taxta çıxmasından sonra Fars atabəyliyi əlindən alındı və Farsın gəlirindən illik 70.000 qızıl təqaüd ayrıldı. 1282-ci ildə Əhməd Təküderin taxta çıxmasından sonra təkrar Fars atabəyi edildi. Xalq Abiş Xatunu böyüks evinclə qarşılayaraq, günlərlə şənlik etdi. Qısa müddət sonra Əhməd Təküderi taxtdan endirərək özünü xan elan edən Arqun xana Abiş Xatunun vəzirinin düşməni İmaməddin tərəfindən şikayət edildikdən sonra Abiş Xatun Fars atabəyliyindən uzaqlaşdırıldı və Orduya gəlməsi əmr edildi. Lakin Abiş Xatun buna əməl etmədi. Adamlarının yeni atabəy İmaməddini öldürməsindən sonra Abiş Xatun Arana gətirilərək sorğuya çəkildi və adamlarına cəza verildi. Özünə sülalə gəlini olduğu üçün heç nə edilmədi.

29 dekabr 1286-cı ildə Təbrizdə vəfat etdi. Müsəlman olduğu halda, monqol adətləri ilə Şirazda dəfn edildi.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Mernissi, Fatima. The Forgotten Queens of Islam. Mary Jo Lakeland. Minneapolis:University of Minnesota Press, 1993. p. 104.
  • Uçok , Bahriye. Al-nisa’ al-hakimat fi tarikh. Trans. I. Daquqi. Baghdad:Matba’a al-Sa’dun, 1973. pp. 101ff.
  1. 1 2 https://iranicaonline.org/articles/atabakan-e-fars-princes-of-the-salghurid-dynasty-who-ruled-fars-in-the-6th-12th-and-7th-13th-centuries-initially-with-.
  2. 1 2 https://iranicaonline.org/articles/abes-katun-salghurid-ruler-of-fars-1263-84-daughter-of-atabeg-sad-ii.
  3. Lane, George E. Early Mongol Rule in Thirteenth-Century Iran: A Persian Renaissance (ingilis) (1). Routledge. 2003-09-01. 136. doi:10.4324/9780203417874. ISBN 9780203417874. 2018-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-22.
  4. Broadbridge, Anne F. Women and the Making of the Mongol Empire (1). Cambridge University Press. 2018-07-18. 265. doi:10.1017/9781108347990.010. ISBN 9781108347990.