Salqurlular

Salqurlular (1147–1284) – paytaxtı Şiraz olmaqla əhalisinin əksəriyyətinin fars, lakin rəhbərlərinin Türk atabəylərindən təşkil olunan bir atabəylikdir.[1]

Qurucusu Atabəy Salqurdur. Cənubi İrandakı Fars bölgəsində qurulduğundan Fars Atabəyliyi kimi də tanınır. Zaman-zaman hakimiyyətləri Kirman (1204–1213), Oman, Hörmüz və Bəhreynə (08 avqust 1236-cı ildən sonra) kimi genişləndi. Salqurlular 1157-ci ilə qədər Böyük Səlcuq Dövlətinə, 1194-cü ilə qədər isə İraq Səlcuq Dövlətinə tabe oldular. 1194–1218-ci illərdə müstəqillik yaşadıqdan sonra 1218–1231-ci illər arasında Xarəzmşahlara tabe oldular.

  • Boz Aba Salqur (1137–1147)
  • Sunqur (1147–1161)
  • Zəngi (1161–1178)
  • Təklə (1178–1198)
  • Təhəmtən (1198–1226)
  • Əbu Bəkir Kutluğ (1226–1260)
  • Sâd (1260)
  • Adudi'd-Dövlə (1260–1262)
  • Məhəmməd (1262–1263)
  • Səlcuq (1263–1264)
  • Abış Xatun (1264–1286)
  1. Salghurids, C. E. Bosworth, The Encyclopaedia of Islam, Vol. VIII, ed. C. E. Bosworth, E. van Donzel, W. P. Heinrichs and G. Lecomte, (E. J. Brill, 1995), 978;"SALGHURIDS, a line of Atabegs which ruled in Pars during the second half of the 12th century and for much of the 13th one (1148–1282). They were of Turkmen origin.."